General məhkəmə sədrindən Prezidentə şikayət etdi: "Fikrət Məmmədovla Ramiz Rzayevə çatdırmaq istəyirəm ki..."
07-03-2020 [00:06]
Polis Akademiyasının keçmiş rəisi, general Ramiz Nağıyev Prezident İlham Əliyevə və I Vitse-prezident Mehriban Əliyevaya müraciət edib.
AFN xəbər verir ki, general müraciətində Səbail Rayon Məhkəməsinin sədri Ağamalı Qafarovun qanunsuz əməllərinin qarşısının alınmasını xahiş edib.
Qeyd edək ki, R.Nağıyevin oğlu Vüqar Nağıyevlə A.Qafarovun qızı Türkan Qafarova ailəli olub ayrılıblar.
V.Nağıyevin mediaya açıqlamasına görə, boşanma prosesindən onun xəbəri olmayıb: "Xəbərim olmadan bizi boşayıblar, uşaqlarımın himayəçiliyini analarına veriblər, mənə də yüksək məbləğdə aliment kəsiblər. Bütün bunlar hamısı A.Qafarovun təzyiqi ilə baş verib".
Ötən il isə ailənin Siyara adlı 3 yaşlı qızları ananın himayəçiliyində olan vaxt faicəli şəkildə hovuzda boğularaq vəfat edib. V.Nağıyev iddia edir ki, qızının ölümünə anası T.Qafarovanın məsuliyyətsizliyi səbəb olub: "Lakin hüquq-mühafizə orqanları, məhkəmələr bunun da üstünü ört-basdır etdi. İndi də oğlumu əlimdən alıblar, mənə göstərmirlər, görüşümüzə imkan vermirlər".
R.Nağıyev ölkə rəhbərliyindən oğlunun harayına səs vermələrini xahiş edib: "Bəziləri məni qınayırlar ki, oğlum Vüqarın bu kimi paylaşımlarına niyə mane olmuram və s. Amma çox istərdim ki, məsələyə obyektiv, ədalətlə yanaşılsın. Ağamalı Qafarov vəzifəsindən, vəzifədən qovulmuş şəriki Əli Həsənovla, onun tör-töküntüləri ilə münasibətlərindən istifadə edib, bu məsələnin qanunauyğun həllinə maneçilik edir və hətta yaramazlıq edərək azyaşlı uşağı atasından gizlədir. Səlahiyyət sahibləri olan Ədliyyə naziri Fikrət Məmmədova, Ali Məhkəmənin sədri Ramiz Rzayevə çatdırmaq istəyirəm ki, bəzən insanlar qanunsuzluqları aradan qaldıra bilməyəndə çarəsizlikdən müxtəlif digər yollara baş vururlar. Gənc bir atanın harayını dinləyin, ədaləti bərpa edin, ata ilə övladın görüşməsinin qanunauyğun təmininə vəzifəniz dairəsində müdaxilə edin!
“Ələkçinin qıl verənləri” olan və bu iş üzrə tapşırıq əsasında qanunsuz qərarlar çıxaran, adı mediada dərc olunan yazıda keçmiş prokuror, hakimlər isə ölkədə gedən proseslərə baxıb ayılsınlar, yaltaqlığa son qoysunlar, bilsinlər ki, Domokl qılıncı hər birinin başı üzərindədir, Ağamalının və onun kimilərin himayədarı olan Əli Həsənovların, Neftçalanın bu günlərdə vəzifədən götürülən icra hakimiyyəti başçısının taleyi hər birini gözləyir!
Oxuyuculardan xahişimiz odur ki, paylaşsınlar, təzyiqlərə məruz qalan bir atanın harayının ölkə başçısına, Birinci Vitse-Prezidentə çatmasına yardımçı olsunlar. Cənab Prezident və birinci xanım da valideyindirlər, əminəm ki, məsələni araşdırsalar, haqsızlığı aradan qaldıracaq, ata ilə övladının qanun çərçivəsində qovuşmasını təmin edəcəklər!".
Mənbə: https://afn.az/xeber/88129-general-ramiz-nagiyev-olke-rehberliyine-muraciet-etdi.html
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi