Rusiya və İndoneziyada koronavirusa yoluxanların sayı artdı

img

06-03-2020 [17:23]


Rusiyada daha 6 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.

RİA "Novosti” xəbər verir ki, virus Moskvada 5, Nijniy Novqorodda isə 1 nəfərdə qeydə alınıb.

Məlumata görə, yeni yoluxanların hamısı İtaliyadan gəliblər. Onların təmasda olduğu şəxslər təyin edilib və artıq tibbi müşahidə altındadırlar.

Onların vəziyyətinin kafi olduğu və xəstəliyi yüngül formada keçirdikləri də bildirilib.

Beləliklə, Rusiyada koronavirusa yoluxanların sayı 10-a çatıb.

Bunda başqa, epidemiya İndoneziyada da yayılmağa davam edir. Ölkədə daha 2 nəfərdə infeksiya aşkar olunmaqla koronavirus daşıyıcılarının sayı 4-ə çatıb.

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA