Teymur Rəcəbovun yarışdan imtinasına koronavirus səbəb olub - Bəyanat
06-03-2020 [14:35]
Azərbaycanlı şahmatçı Teymur Rəcəbovun İddiaçılar Turnirində iştirakdan imtinası ilə bağlı bəyanat yayıb.
Federasiyanın Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, 33 yaşlı qrossmeyster bu addımını koronavirusla əlaqədar atdığını bildirib.
Bəyanatda deyilir:
"15 mart - 5 apreldə mən Rusiyanın Yekaterinburq şəhərindəki dünya çempionu adına İddiaçılar Turnirində iştirak etməli idim. Məlum olduğu kimi, hazırda bütün dünyada koronavirus epidemiyası yayılmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatı epidemiyanın ən yüksək səviyyədə - qırmızı işıqda olduğunu bəyan edib. Düqnyada bir çox yarış və əlamətdar tədbirlər situasiyanın inkişafından asılı olaraq, ya ləğv edilir, ya da daha gec tarixlərə keçirilir. Beynəlxalq Şahmat Federasiyası (FIDE) bir sıra profilaktik tədbirlər həyata keçirib. Çinli şahmatçılar, onların məşqçiləri və müşayiətçilərinin Rusiya ərazisində 14 günlük karantin keçəcəkləri açıqlanıb. Çinli şahmatçılardan biri, məşqçi və nümayəndə heyəti həqiqətən də karantinə alınıb. Lakin Çindən olan digər iştirakçı karantin keçməyəcək və turnir başlayanda koronavirus epidemiyasının hər gün artdığı ölkədən gələcək. Bundan başqa, iştirakçılardan birində və ya iştirakçılarla təmasda olacaq məşqçi və ya müşayiət edənlərlə, müsahibə alan jurnalistlərlə, hakimlərdə soyuqdəymə və ya virus infeksiyasının kəskin respirasiyası (VİKR) əlamətləri, yaxud Allah eləməsin, koronavirus aşkarlandıqda turnirin necə olacağına dair FIFA-nın izahatı yoxdur. İştirakçılar karantinə alınacaqmı, analizlər və virusun dəqiq olub-olmamasının müəyyənləşdirilməsi üçün hansı müddət və mərhələ gərəklidir? İddiaçılar Turniri 22 günlük və 14 turdan ibarət şahmat marafonudur. Dünya epidemiyası şəraitində turnirin necə inkişaf edəcəyi, virus və ya adi VİKR aşkarlanacağı halda xəstələnmiş iştirakçıya, hakimə qarşı hansı tədbirlərin görüləcəyini heç kim izah etmir.
Yaranmış bütün belə məqamlarla əlaqədar mən FIDE-yə turniri başqa tarixə keçirməsi təklifi ilə müraciət etmişəm. Lakin bu təklifimə rədd cavabı almışam. Yuxarıda göstərilənlərlə əlaqədar belə şərtlərin İddiaçılar Turniri kimi vacib yarışda maksimal oyun səviyyəsi ortaya qoymaq üçün lazımi olan konsentrasiya və əhval-ruhiyyə səviyyəsinə güclü təsir edə və sağlamlıq üçün təhlükə yarada biləcəyini hesab etdim. Nəticədə məni digər iştirakçı ilə əvəzlədilər".
Qeyd edək ki, Teymur Rəcəbov İddiaçılar Turnirinə Dünya Kubokunun qalibi kimi vəsiqə qazanmışdı. Yarış martın 15-dən aprelin 5-dək Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək. Turnirdə ümumilikdə 8 şahmatçı - Fabiano Karuana (ABŞ), Aniş Giri (Niderland) Maksim Vaşye-Laqrav (Fransa), Aleksandr Qrişuk, Yan Nepomnyaşi, Kirill Alekseyenko (hamısı Rusiya), Dinq Liren və Hao Yanq (hər ikisi Çin) iştirak edəcəklər. Yarışın qalibi norveçli dünya çempionu Maqnus Karlsenlə şahmat tacı uğrunda mübarizə aparacaq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi