Bakı sakinləri yolu bağladı - (FOTO-VİDEO)

img

24-09-2013 [12:01]



Bu gecə yağan yağış nəticəsində Bakının Badamdar qəsəbəsindəki həyətyanı evlər yağış suları ilə dolub. Musavat.com bildirir ki, "Kempiski Hotel”in yaxınlığında yerləşən həyət evlərinə dolan su ilə bağlı sakinlər Bakı Şəhər İcra Hakimiyyətinə məlumat versələr də, meriyada onların şikayəti ilə maraqlanan olmayıb. Belə olan halda bir qrup sakin etiraz əlamati olaraq yaxınlıqdakı magistral yolu bağlayıb. Əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Polislər yolu kəsən sakinləri ərazidən uzaqlaşdırmağa çalışıblar.

Qeyd edək ki, bu gecə yağan güclü yağış nəticəsində şəhərdən "Kempiski Hotel”ə gedən istiqamətdəki dərin çökəkliyə toplanan yağış suyunun həyətlərə axmasına səbəb olub. Nəticədə yüzlərə evin həyəti su içində qalıb. Aldığımız məlumata görə, hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasetmə dəstələri çağırılıb.











Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA