İqor Ponomaryov: "Azərbaycan yığmasını bu qrupdan çıxararam"
05-03-2020 [16:14]
"Sabah" klubunun Müşahidə Şurasının üzvü və Azərbaycan millisinin sabiq baş məşqçisi İqor Ponomaryov “Report”a müsahibə verib.
Mia.az həmin müsahibəni təqdim edir:
- Azərbaycan yığması UEFA Millətlər Liqasının C Liqasında Kipr, Monteneqro və Lüksemburqla birlikdə 1-ci qrupa düşdü. Püşkatmanın nəticəsini necə dəyərləndirərdiniz?
- Normal, çıxa biləcəyimiz qrupa düşdük. İstənilən halda, asan və ya güclü qrup olmasına rəğmən, geriyə baxmamaq şərtilə, bütün matçlara qələbə əhval-ruhiyyəsində çıxmaq lazımdır. Qrupumuzdakı rəqiblərlə oynamaq, onlara qalib gəlmək olar. Düşünürəm ki, bunun üçün potensialımız var.
- Sizcə, qrupun favoriti hansı komandadır?
- Azərbaycan millisi!
- Təbii ki, müsbət proqnoz verməliyik. Amma reallıq da var...
- Söylədiyim reallıqdır!
- Siz özünüz bunun öhdəsindən gələ bilərsiniz?
- Əlbəttə. Amma bunun üçün sənə güvənməlidirlər.
- Sizə isə hətta Müşahidə Şurasının üzvü olduğunuz “Sabah” klubunda da güvənmədilər...
- Dəfələrlə demişəm ki, mən “Sabah”a sadəcə kömək etmək üçün gəlmişdim. Bunu da uğurla yerinə yetirdim. Siz inamsızlıq barədə danışdınız. 10 il futbolda olmamışam. Əksinə, onlar özləri mənə inanıb komandanı etibar etmişdilər. Sadəcə, heç kim hər şeyin belə yaxşı alınacağını gözləmirdi.
- O zaman belə çıxır ki, ya yeni baş məşqçi tapılana kimi işlədiniz, ya da sizə etimad göstərmədilər...
- İlk gündən bildirdik ki, müqaviləm 3 aylıqdır və mən yeni baş məşqçi ilə danışıqlarda iştirak edəcək, öz köməyimi göstərəcəyəm. Amma sonradan bu iş çox vaxt aldı və mən iki cəbhədə mübarizə apara bilmədim. Təklif etdim ki, yeni baş məşqçi komandadakı işinə mümkün qədər tez qoşulsun. “Sabah” rəhbərliyi və futbolçularla hər zaman əla münasibətim olub və indi də davam edir. Buna görə orada çalışan hər kəsə minnətdarlığımı bildirirəm.
- Klub rəhbərliyinin sizə inamı var idisə, “Sabah”ın baş məşqçisi vəzifəsində qalmaq istəməzdiniz?
- Ortada razılaşma var idi. Üstəlik, mənim İspaniyada öz biznesim var.
- Komandanın hazırkı çıxışını necə xarakterizə edirsiniz?
- Müsbət. Komanda xallar qazanır, yaxşı futbolçular gəlib. Hər şey qaydasındadır.
- “Sabah” bu futbolçularla avrokuboklara vəsiqə qazanmasa, nəticəni qənaətbəxş saymayacaqsınız?
- Nəsə demək çətindir. Komanda və baş məşqçi yenidir. Hamı bir-birinə öyrəşməlidir. Hər şeyin öz vaxtı var.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi