"Qarşıdakı aylarda Aİ və Azərbaycan çox mühüm məsələlərlə bağlı qərar qəbul edəcək" - Yankauskas
05-03-2020 [12:08]
"Azərbaycan kiberməkanda öz təhlükəsizliyini qorumaq üçün müəyyən səylər göstərir. Amma burada müəyyən problemlər ortaya çıxır və həmin məsələlər günbəgün mürəkkəbləşir".
Bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Bakıda keçirilən “Rəqəmli hüquq: fərdi məlumatların mühafizəsi” tədbirində çıxışı zamanı deyib.
K.Yankauskasın sözlərinə görə, burada iş təkcə sizin fərdi kompüter və telefonla məhdudlaşmır: "İşlədiyiniz şirkətin də kibertəhlükəsizlik məsələlərinə riayət etməsi məsələsini ortaya qoyur. Həmçinin internet provayderin üzərinə də müəyyən tələblər qoyur ki, bu şirkətlər hansı qaydalarla fəaliyyət göstərməlidir".
Səfirin sözlərinə görə, Aİ-nin kibertəhlükəsizlik strategiyası 2013-cü ildə hazırlanıb və qəbul olunub: "Bilirsiniz ki, Azərbaycanın da özünəməxsus kibertəhlükəsizlik strategiyası var. Bu sahədə Aİ-də iki əsas direktiv var.
Birincisi fərdi məlumatların qorunub saxlanması ilə bağlıdır, ikincisi də ümumi məlumatların mühafizəsi qaydalarıdır. Əlbəttə Aİ ölkələri də müvafiq olaraq öz qanunvericiliklərini buna uyğunlaşdırmaqla bağlı fəaliyyət göstərir. Fərdi şirkətlər də bu sahədə işlər görür".
Səfir əlavə edib ki, Aİ Şərq Tərəfdaşlığı çərçivəsində Azərbaycanla bu sahədə danışıqlar aparır: "Bu danışıqlarda müəyyən prioritetlər müəyyən olunub. Biz artıq 3 mln avroluq layihə reallaşdırmaqdayıq və "EU4digital" departamenti tərəfindən icra edilən layihə Şərq Tərəfdaşlığı ölkələrində mühafizə sahəsində müqavimətin gücləndirilməsi məqsədi daşıyır. Dekabrda Kiyev şəhərində 6 ölkənin aidiyyatı qurumlarının nümayəndələrinin iştirakı ilə toplantı keçirdik. Qarşıdakı aylarda Aİ və Azərbaycan çox mühüm məsələlərin aradan qaldırılması sahəsində qərar qəbul edəcək. Bilirsiniz ki, Brüsseldə yeni Aİ komissiyası təyin edilib və bu komissiyanın qarşısında 3 əsas prioritet durur. Yaşıl iqtisadiyyat və rəqəmsallaşma da bura daxildir. Azərbaycan rəqəmsal ticarət qovşağının yaradılmasında uğur qazanıb və biz də bu sahədə sizi dəstəkləyəcəyik".
Report
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi