Azercell-in xidmət mərkəzi Zəngilanın Ağalı kəndinin ilk sakinlərinin yolunu gözləyir
21-07-2022 [11:19]
19 iyul 2022-ci il tarixindən Azərbaycanlı əhalinin işğaldan azad olunan Qarabağ torpaqlarına
“Böyük Qayıdış”ı başlayıb.
Mia.az xəbər verir ki, azad edilmiş ərazilərdə ilk mobil rabitə xidmətini təqdim edən Azercell şirkəti bu tarixi hadisəyə - 30 ilə yaxındır yurd həsrəti ilə yaşayan ailələrin Zəngilan rayonunda Ağalı kəndinə qayıtmasına öncədən hazırlaşıb.
Qeyd edək ki, Zəngilana qayıdacaq ilk 100 ailə Azercell-dən 5 GB internet almaqla yanaşı, xüsusi hədiyyələrlə qarşılanacaq.
Ölkəmizdə ilk dəfə müasir texnologiyaların tətbiqi ilə “Ağıllı kənd” layihəsinin icra olunduğu Ağalı kəndində bu ilin iyunundan etibarən “Azercell Telekom” MMC-nin rəsmi satış və xidmət məntəqəsi fəaliyyət göstərir.
Abunəçilərə yüksək standartlara uyğun xidmət göstərmək üçün tələb olunan bütün şərait və ən müasir avadanlıqlarla təmin olunmuş məntəqədə şirkətin digər müştəri xidmətləri mərkəzlərində həyata keçirilən əksər abunəçi əməliyyatlarının icrası mümkündür. Mağazada abunəçilərə istədikləri məhsulu tədqiq və müqayisə edib seçməkdə peşəkar satış mütəxəssisləri yardım edirlər.
Paytaxt və digər bölgələrdə fəaliyyət göstərən diler mağazalarında olduğu kimi, Ağalı kəndində yerləşən mağazada da gündəlik istifadə üçün nəzərdə tutulmuş bir sıra cihazlar (MiFi, USB modem və s.), müxtəlif aksessuarlar əldə etmək, mobil telefonları kredit və nağd şəkildə satın almaq mümkündür.
Həyatın yenidən qayıtdığı ərazilərimizdə “Böyük Qayıdış”ı təmin etmək üçün yenidənqurma işləri, bütün istiqamətlər üzrə infrastrukturun bərpası, müxtəlif istiqamətli genişmiqyaslı işlər və sosial layihələr həyata keçirilir.
Azercell şirkəti də özünün “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!” strateji məqsədinə əsaslanaraq, işğaldan azad olunmuş ərazilərimizin sürətli inkişafına öz töhfəsini verir və Qarabağda mobil şəbəkə infrastrukturunun qurulmasını intensiv şəkildə davam etdirir. Şirkət bu ərazilərdə ən müasir radio baza stansiyalarını quraşdırmaqla Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları, İstisu, Hadrut, Suqovuşanın qəsəbələri, Xocavənd və Laçın rayonlarına aid bir çox kənd və digər əraziləri yüksək keyfiyyətli mobil xidmətlərlə təmin edib.
Bundan əlavə, azad olunmuş ərazilərimizdə Azercell-in şəbəkəsindən faydalanan abunəçilərə dəstək məqsədilə şirkətin Müştəri Xidmətləri komandası Zəngilanın Ağalı kəndi də daxil olmaqla, bir çox bölgələr, o cümlədən Şuşa, Cəbrayıl, Qubadlı və Kəlbəcərə səfər edib, abunəçilərə ödənişsiz xidmət göstəriblər.
Azercell şirkəti böyük sevinc və qürur hissi ilə işğaldan azad olunmuş torpaqlara qayıdan həmvətənlərimizi ən qabaqcıl telekommunikasiya xidmətləri ilə təmin etmək üçün öz infrastrukturunu qurmağa davam edir, bu ərazilərin dirçəlməsi və yenidən qurulması prosesində iştirak etməyə hazır olduğunu bəyan edir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi