Ərdoğanı parlamentdə təhqir edən deputat belə yumruqlandı - VİDEO

img

04-03-2020 [20:52]


Bu gün Türkiyə Böyük Millət Məclisində İdliblə bağlı keçirilən iclasda Prezident Ərdoğan haqqında təhqir xarakterli fikirlər işlətdiyinə görə hakim AKP-çilərlə müxalif CHP-li deputatları arasında dava düşüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, CHP millət vəkili Engin Özkoç TBMM-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı ağır sözlərlə təhqir edib.

Bundan sonra hakimm  partiya üzvləri ona etirazını ifadə ediblər. Bu zaman tərəflər arasındakı "söz atışması" əlbəyaxa davaya çevrilib. 

Yayılan videolarda AKP-li deputatlardan birinin Engin Özkaça yumruq zərbəsi endirdiyi aydın görünür.

Məsələ ilə bağlı açıqlama verən AKP sədrinin müşaviri Numan Kurtulmuş CHP-li deputatın hüquq qarşısında cavab verəcəyini bəyan edib.

Məlumata görə, Ankara prokurorluğu Özkoç haqqında "Cümhur başqanına həqarət" ittihamı ilə cinayət işi açıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA