Avropa İttifaqının rəsmisi koronavirusa yoluxdu

img

04-03-2020 [16:11]


Avropa İttifaqının (Aİ) Brüsseldəki administrasiyasında koronavirusa ilk yoluxma faktı qeydə alınıb.

Bunu Aİ-nin sözçüsü Dana Spinant açıqlayıb.

Onun sözlərinə görə, koronavirusa yoluxmuş şəxs Avropa Müdafiə Agentliyinin əməkdaşıdır. O, İtaliyadan yenicə qayıdıb. Bu səbəbdən Avropa Müdafiə Agentliyi martın 13-dək bütün görüşləri təxirə salıb.

Qeyd edək ki, Avropa Müdafiə Agentliyi Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə orqanıdır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA