Azərbaycana ilk qar yağdı

img

24-09-2013 [10:51]


Azərbaycanın şimal bölgəsinə ilk qar yağıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, qar 3000 metrdən yuxarı dağlıq ərazilərə düşüb. Bundan başqa, Quba və Qusar ərazisində də sulu qar müşahidə olunub.

Qeyd edək ki, son günlər şimal bölgəsində güclü yağış müşahidə olunur. Çaylarda suyun səviyyəsi artıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi sentyabrın 23-dən 24-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı barədə xəbərdarlıq etmişdi. Rayonlarda havanın temperaturunun gecə 15-19, gündüz 24-29, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti proqnozlaşdırılmışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA