Jurnalistin evini su basdı, əşyalar bərbad günə düşdü

img

24-09-2013 [10:13]



 "Bakı xəbər” qəzetinin əməkdaşı Məhəmmədəli Qəriblinin yaşadığı Nizami rayonu Keşlə qəsəbəsindəki evini axşam yağan yağış suları basıb.

 Mia.az xəbər verir ki, gölə çevrilmiş həyət və evdən bayıra çıxmağa da çətinlik çəkirlər: "Həyətimizdə suyun səviyyəsi 1 metri keçib. Qalxan su evə daxil olaraq, bütün məişət əşyalarını və digər zəruri avadanlıqları demək olar ki, tam sıradan çıxarıb. "Azərsu” ASC-nin yarıtmaz işləri səbəbindən kanalzasiyanın gücü də yetmir ki, sel sularını çəksin. Əksinə, su getdikcə artaraq lap dəhşətlə vəziyyət yaratdı”.

 M.Qəribli deyir ki, vəziyyətlə bağlı ASC-yə və yaşadığı Keşlə qəsəbə icra nümayəndəsinə müraciət edib: "Dərəbəyliyin həddinə baxın ki, icra nümayəndəsi hərəkət etmək əvəzinə,  kobud cavab verir. "Azərsu” və bu qurumun Nizami departamentindən isə zənglərə belə, cavab vermirlər”.

 Jurnalist deyir ki, "Azərsu” ASC-ni məhkəməyə verəcək: "Evimizin, əşyalarımızın bu vəziyyətə düşməsi, bu qurumun yarıtmaz fəaliyyətindən qaynaqlanıb. Əgər hüquqi dövlətdə yaşayırıqsa, o zaman məhkəmə belə işləri ədalətli araşdırıb, dəyən zərəri ödənilməsini təmin etməlidir!”. 




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA