“Azəriqaz”ın Baş direktoru narazı sakinlərlə görüşdə: "Bu işbaz sizi aldadaraq bunu edib" - VİDEO
03-03-2020 [17:14]
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev podratçı təşkilatın vədlərinə aldanaraq 2020-ci il yanvar ayının 6-dan qazdan qanunsuz olaraq istifadə edən Bakının Yasamal rayonu, Tbilisi prospekti, 3166-ci məhəllədə yerləşən “Şakir MTK”ya məxsus binanın sakinlərini qəbul edib.
“Azəriqaz”dan Mia.az-a verilən məlumata görə, heç bir qaz açılışına razılıq olmadan, təhlükəsizlik qaydalarına əməl edilmədən, sayğaclar möhürlənmədən, kart alınmadan podratçı təşkilat tərəfindən bu qurğulara müdaxilə edilməklə qaz açılıb. Aşkarlanan qanunsuzluğa görə qaz təchizatı dayandırılıb. “Azəriqaz” İB-nin rəhbərliyi vətəndaşların yaranmış durumdan əziyyət çəkməməsi üçün dərhal məsələyə reaksiya verib.
Baxmayaraq ki, binadakı qazlaşma işlərində qüsurlar mövcuddur, lakin soyuq aylarda sakinlərin əziyyət çəkməməsi üçün elə görüşün gedişatında dərhal işçi qrupun yaradılmasına göstəriş verilib. Artıq binada 2 gündür ki, sərfiyyatı qeydə almadan qüsurla işləyən sayğaclar yenisi ilə əvəzlənir, qaz açılışı təmin olunur. Lakin sakinlərlə “Azəriqaz” İB-ni üz-üzə qoyan podratçı təşkilat da cəzasız qalmayacaq. Düşdükləri duruma görə sakinlərin də öz haqlarını müvafiq tikinti şirkətindən tələb etməsini vacib sayan “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev rəhbərlik etdiyi qurumun məsələ barədə hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirib: “Biz onunla bağlı müvafiq tədbiri görəcəyik. Lazımi orqanlara müraciət olunacaq. Bu işbaz sizi aldadaraq bunu edib. Çünki o neçə ildir ki, fəaliyyət göstərir. Qazın verilmə qaydasını, açılışını da yaxşı bilir. Yəni bu, birinci hal deyil. Onunla bağlı bir dəfə də hüquq-mühafizə orqanlarına müraciətimiz olub. Bu gün belə adamların, işbazların ortada qalması yol verilməzdir. Bu gün siz ona rast gəlmisiniz, sabah da başqaları üçün problem yaradar”.
Məlumat üçün qeyd edək ki, bu binada 170 mənzil var. Podratçı təşkilat əlaqədar qurumları məlumatlandırmadan qanunsuz olaraq 80-ə yaxın mənzilə qaz açıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi