Azərbaycan Prezidenti Rostovun qubernatorunu qəbul etdi - Müzakirə + FOTO
03-03-2020 [16:54]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Rusiya Federasiyasının Rostov vilayətinin qubernatoru Vasili Qolubevin başcılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev deyib:
- Xoş gəlmisiniz, sizi görməyə çox şadam. Əminəm ki, səfəriniz məhsuldar və xoş olacaq. Bizi qədim dostluq telləri bağlayır. Şadam ki, bu gün bizə gəlmisiniz. Əlbəttə, sizin səfərinizin gündəliyi yetərincə zəngindir. Bildiyimə görə, çoxlu görüşləriniz olacaq. Mənim fikrimcə, bu görüşlərin hamısı çox konstruktiv olacaq və onların nəticələrinə əsasən gələcək əməkdaşlıq yollarını planlaşdıracağıq. Ona görə ki, həm əmtəə dövriyyəsinin artırılması, həm də investisiya layihələrinin, mədəni layihələrin həyata keçirilməsi sahəsində böyük potensial var. Ümumiyyətlə, biz qonşuyuq, demək olar ki, eyni regionda yaşayırıq. Buna görə də, kənd təsərrüfatı istiqamətləri ümumiyyətlə oxşardır. Odur ki, kooperasiya üzrə istiqamətlər çoxdur. Bildiyiniz kimi, biz sizin kənd təsərrüfatı texnikasından fəal istifadə edirik və bizim fermerlər razıdırlar. Beləliklə, görüləsi işlər çoxdur, gündəlik zəngindir. Ümidvaram ki, səfəriniz çox səmərəli olacaq. Bir daha xoş gəlmisiniz.
Rostov vilayətinin qubernatoru Vasili Qolobev deyib:
- Sağ olun, İlham Heydər oğlu. Əvvələn, səmimi qəbul üçün Sizə təşəkkür edirik. Biz artıq işə başlamışıq və xeyli görüşlər olub. Biznes nümayəndələri işləyirlər. Bilirəm ki, bu layihələr çox konkretdir, hər iki tərəfin marağına uyğundur. Bu, Sizin dediyiniz kimi, maşınqayıranlara da, “Waterfall PRO” şirkətinə də aiddir. Polimerlər istehsal edən bu şirkət xammalı Azərbaycandan alır. Potensial böyükdür, təqribən 60 min ton məhsuldan söhbət gedir. Ümidvaram ki, həmin şirkətlərlə əldə edilmiş razılaşmalar reallaşacaq. Onlar praktiki olaraq reallaşmağa başlayıb. Rostov vilayəti geniş şaxələndirilmiş regiondur. Son illərdə bizdə sənaye sektorunun, aqrar sənaye sektorunun inkişaf dinamikası yaxşıdır. Turizm potensialının inkişaf etdirilməsi üçün gözəl imkanlarımız var. Bir neçə şirkət elə bu gün əlaqələrin inkişafı barədə sazişlər imzalamağa hazırdır – sabah bu sazişlər imzalanacaq.
Mən humanitar əməkdaşlıq mövzusunu ayrıca qeyd etmək istərdim. Bizim ali məktəblər arasında əməkdaşlıq haqqında bu gün də müqavilələr var. Bilirəm ki, bizim Rostov Dövlət Texniki Universitetinin, Cənub Federal Universitetinin və bir sıra başqa ali məktəblərin konkret əlaqələri reallaşıb. Çox xoşagələn haldır ki, bu tərəfdaşlıq münasibətləri qədim tarixə malikdir.
Rostov vilayətinin qubernatoru Vasili Qolubev Prezident İlham Əliyevə videoyazı olan xatirə albomunu təqdim edib.
Videoalbom 1980-ci ildə o vaxt Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyevin Rostov vilayətinə səfərinə həsr olunub. Səfər zamanı Ulu Öndər Böyük Vətən müharibəsi illərində misilsiz şücaət göstərmiş Azərbaycan əsgərlərinin qəhrəmanlığına həsr edilən və Rostov vilayətinin azad olunmasının rəmzi olan “Sambek yüksəklikləri” xatirə abidəsinin açılışında iştirak edib. O zaman alman faşistləri ilə döyüşlərdə böyük hünərlə vuruşan həmvətənlərimizdən ibarət 130-cu və 416-cı atıcı diviziyalar “Taqanroq” fəxri adına layiq görülmüşdü.
Prezident İlham Əliyev dedi: Bizim ortaq tariximizi xatırlatdığınıza görə çox təşəkkür edirəm. Əlbəttə, 40 il bundan əvvəl Heydər Əlirza oğlu Əliyev Rostov vilayətində bu memorialın açılışında iştirak edib. Bu tarix bizə çox əzizdir. Sağ olun ki, bu xatirəni qoruyursunuz. Riqqət hissi doğuran belə videoçarxa görə sağ olun. Əlbəttə, bu il bizim ümumi Qələbəmizin böyük bayram ilidir. Azərbaycanda Böyük Vətən Müharibəsi veteranları dövlət tərəfindən həm mənəvi, həm də maddi baxımdan dəstəklənirlər. Biz onların fədakarlığını, qəhrəmanlığını həmişə xatırlayırıq. Mən hər il mayın 9-nu adətən Bakıda veteranlarla birgə keçirirəm. Lakin, bu il Vladimir Vladimiroviç Putindən dəvət almışam və mayın 9-da Moskvada olmağı planlaşdırıram. Onu da demək istəyirəm ki, bizim ümumi Qələbəmiz şərəfinə Azərbaycan Ordusunun zabitləri Qızıl Meydanda paradda iştirak edəcəklər.
Fürsətdən istifadə edib onu da demək istərdim ki, bu məsələ barədə Rusiyanın və Azərbaycanın mövqeləri tamamilə eynidir. Böyük Vətən Müharibəsi haqqında həqiqətin təhrif edilməsi, tarixi yenidən yazmaq, faşizmi və faşistləri qəhrəmanlaşdırmaq cəhdlərinə qarşı biz də qətiyyətlə mübarizə aparırıq. Buna görə də, bu məsələdə bizim mövqelərimiz tamamilə üst-üstə düşür. Bu mövqelər həm tarixi həqiqətə, ədalətə, həm də ona əsaslanır ki, gələcək nəsillər kimin təcavüzkar, kimin təcavüz qurbanı olmasına, kimin qalib gəlməsinə və bu Qələbənin nəyin bahasına qazanılmasına heç vaxt şübhə etməsinlər.
Biz həlak olmuş bütün sovet vətəndaşlarının xatirəsini, əlbəttə, bizim nümayəndələrin də xatirəsini Azərbaycanda ehtiramla yad edirik. Müharibədə Azərbaycandan iştirak edənlərin yarısı, 300 min nəfərdən çoxu həlak olub. Müharibə illərində Sovet ordusunun sürtgü yağlarına tələbatının 90 faizini, benzinin və tanklar üçün yanacağın 80 faizini Azərbaycan təmin edirdi. Bu, bizim ümumi Qələbəmizdə mühüm rol oynayıb. Bizim zavodlarda zəruri silahlar, o cümlədən məşhur “Katyuşa” raketləri istehsal edilirdi. Ona görə də, biz həmin günü ehtiramla yad edirik və bu xatirə hədiyyəsinə görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Sağ olun.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi