Prezident Quba ilə bağlı üç sərəncam imzaladı

img

23-09-2013 [21:43]


Bu gün prezident İlham Əliyev Quba ilə bağlı üç sərəncam imzalayıb. 

Mia.az xəbər verir ki, sərəncama görə, Quba şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılıb.

Digər sərəncamda isə yol tikintisindən bəhs edilir. Belə ki, Quba rayonunun Quba-Qonaqkənd avtomobil yolunun tikintisi ilə bağlı  Nəqliyyat Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılıb.

Üçüncü sərəncam isə rayonda daha bir xəstəxana tikintisinin sürətləndirilməsi ilə əlaqəli olub.  Belə ki, Quba Rayon Mərkəzi Xəstəxanasının tikintisinə başlamaq üçün  Prezidentinin ehtiyat fondundan Səhiyyə Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA