Akif Muradverdiyevin səhhəti pisləşdi

img

23-09-2013 [17:37]


Prezidentin sabiq işlər müdiri, qaçaqmalçılıq ittihamı ilə tutulmuş Akif Muradverdiyevin səhhəti pisləşib. 

Vəkil Mətləb Qasımovun "Media forum”a verdiyi məlumata görə, Muradverdiyevi bel və boyun nahiyəsindəki yırtıqlar incidir: "Akif müəllim çətinliklə oturub-durur. Mədəaltı vəzində ağrılar vardı, indi isə fəqərə yırtıqlarında kəskin ağrılar başlayıb”.

Mətləb Qasımov deyib ki, bununla bağlı nə Muradverdiyevin MTN-in istintaq təcridxanasındakı müalicə xidməti rəhbərliyinə yazdığı müraciətə, nə də özünün müstəntiqə təqdim etdiyi vəsatətə cavab verilib: "Ərizədə Akif Muradverdiyevin bir neçə başqa xəstəlikdən də əziyyət çəkdiyi göstərilib və xahiş edilib ki, o, təcridxananın tibbi bölməsinə köçürülsün”.

Vəkil bildirib ki, Akif Muradverdiyevin tibbi bölməsinə köçürülməsi üçün yenidən ərizə ilə təcridxana rəhbərliyinə müraciət edəcək.

Akif Muradverdiyev iyunun 20-də tutulub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA