30 QHT təmsilçisi Pərviz Həşimlinin müdafiəsinə qalxdı - Bəyanat

img

23-09-2013 [17:30]


Vətəndaş cəmiyyətinin nümayəndələri "Bizim Yol” qəzetinin əməkdaşı, moderator.az saytının rəhbəri, Аzərbaycan Хalq Cəbhəsi Partiyasının üzvü, "Siyasi və Mülki Hüquqların Müdafiəsi Mərkəzi”nin sədri Pərviz Həşimlinin həbsi ilə bağlı bəyanat yayıblar.

Bəyanatda bildirilir: "Prezident seçkiləri ərəfəsində tanınmış jurnalist, hüquq müdafiəçisi P.Həşimlinin əsassız ittihamlarla Milli Təhlükəsizlik Nazirliyinın (MTN) əməkdaşları tərəfindən həbs edilməsindən dərin narahatlığımızı bildiririk və onun həbsini pisləyirik.

P.Həşimli sentyabrın 17-də MTN əməkdaşları tərəfindən saxlanılıb və ona Cinayət Məcəlləsinin 206.3.2-ci və 228.2.1-ci maddələri ilə ittiham irəli sürülüb. Sentyabrın 18-də Səbail Rayon Məhkəməsi P.Həşimli barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçib. P.Həşimlinin həbsi, onun iş yerlərində və evində aparılan axtarışlar kobud qanun pozuntuları ilə müşahidə olunub. Belə ki, P.Həşimli MTN əməkdaşları tərəfindən saxlanılarkən ona hüquqları izah edilməyib, öz istədiyi vəkillə təmin olunmasına şərait yaradılmayıb. Saxlanılan zaman P.Həşimli mənəvi və fiziki zorakılığa məruz qalıb. Bundan əlavə MTN əməkdaşları P.Həşimlinin evin daxil olarkən və orada axtarış apararkən evində xanımının və azyaşlı uşağının olmasına baxmayaraq kobudluq ediblər. Bu əməliyyat P.Həşimlinin xanımını və övladını qorxudub, onlarda sarsıntı yaradıb. Bundan əlavə MTN əməkdaşları P.Həşimlinin evinin qarşısına gələn və öz peşə fəaliyyətlərini yerinə yetirən jurnalistlərlə kobud davranıblar. P.Həşimli barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəməyə aparılarkən onun başına torba keçirilib.

P.Həşimliyə münasibətdə İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının 3-cü maddəsi kobud şəkildə pozulmuşdur.

Jurnalistin vəkili Elçin Sadıqov mətbuata açıqlamasında bildirib ki, P.Həşimli məhkəmədə onu deyib ki, MTN-də ondan bir neçə müxalifətçinin əleyhinə ifadə verməsini istəyiblər.

Vətəndaş Cəmiyyətinin nümayəndələri olaraq həbs edilərkən P.Həşimliyə və onun ailə üzvlərinə qarşı edilən hərəkətlərin yerli və beynəlxalq qanunlara zidd olduğunu bəyan edirik.

Hesab edirik ki, P.Həşimliyə qarşı irəli sürülən ittihamlar əsassızdır və onun həbsi siyasi motivlidir. P.Həşimlinin həbsi və ona qarşı irəli sürülən ittiham onun peşə fəaliyyəti ilə bağlıdır.

P.Həşimlinin həbsini jurnalistlərə, fəallara və siyasətçilərə edilən təzyiq və təhdidlərin davamı kimi qiymətləndiririk və hakimiyyəti bütün bunlara son qoymağa çağırırıq.

Hakimiyyətdən P.Həşimliyə qarşı irəli sürülmüş ittihamlara xitam verilməsini, ona və ailə üzvlərinə qarşı kobudluq edən şəxslərin cəzalandırılmasını və jurnalistin dərhal azadlığa buraxılmasını tələb edirik".

Bəyanatı aşağıdakı QHT təmsilçiləri imzalayıblar:

1. Leyla Əliyeva - Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri

2. İntiqam Əliyev - Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri

3. Arzu Abdullayeva - Helsinki Vətəndaş Assembleyasının Azərbaycan Nümayəndəliyinin rəhbəri

4. Mirvari Qəhrəmanlı - Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri

5. Qubad İbadoğlu - İctimai Təşəbbüslər Mərkəzinin sədri

6. Novella Cəfəroğlu - Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Komitəsinin rəhbəri

7. Oqtay Gülalıyev - Demokratik İslahatlar Uğrunda Cəmiyyətinin sədri

8. Xalid Kazımov - Regional İnsan Hüquqları və Media Mərkəzinin rəhbəri

9. İlqar İbrahimoğlu - Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiəsi Mərkəzinin rəhbəri

10. Leyla Yunus - Sülh və Demokratiya İnstitutunun rəhbəri

11. Anar Məmmədli - Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri

12. Hafiz Həsənov – "Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri

13. Elşən Nağıyev - Vətəndaş Təşəbbüsləri və Qanunların Təkmilləşdirilməsi Mərkəzi İctimai Birliyinin sədri

14. Elman Fəttah - Siyasi məhbus Yadigar Sadıqovun Hüquqlarını Müdafiə Komitəsinin sədri

15. Səidə Qocamanlı - İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri

16. Cavad Cavadov - vəkil

17. Mehdibəy Səfərov - Azəri-Talış Birliyinin sədri

18. Azər Mehdiyev - İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri

19. Mətanət Əliyeva - Media Hüquqları Mərkəzi İctimai Birliyinin rəhbəri

20. Elçin Abdullayev - Demokratik Təsisatlar və İnsan Hüquqları İctimai Birliyinin sədri

21. İradə Cavadova - İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin rəhbəri

22. Samir Kazımlı - Siyasi Azadlıqları Müdafiə Alyansının koordinatoru

23. Rəsul Cəfərov - İnsan Haqları Klubunun sədri

24. Zöhrab İsmayıl - Azad İqtisadiyyata Yardım Mərkəzinin rəhbəri

25. Aytəkin İmranova - "İslam, Demokratiya və İnsan Haqları” Mərkəzinin rəhbəri

26. Əsabəli Mustafayev - Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzinin rəhbəri

27. Əlövsət Əliyev - "Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyinin rəhbəri

28. Məlahət Nəsibova - Naxçıvan Resurs Mərkəzinin rəhbəri

29. Ziya Quliyev - Hüquqi Təşəbbüslər Mərkəzinin rəhbəri

30. Zaur Əkbər – "Gənclər Klubu” İctimai Birliyinin rəhbəri


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA