Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
03-03-2020 [00:06]
Qoç - Söhbətlərdə dəqiqlik və müəyyənlik, reaksiyalarda konkretlik gözləməyin. Vədlərin çoxu yerinə yetirilməyəcək, sizə diqqət nişanələri azalacaq. Özünüzü rahat və təhlükəsiz hiss edəcəyiniz məkanı seçin. İşgüzar və şəxsi münasibətlərinizin olduğu insanlarla mübahisə etməyin. Sərt tənqidlərə varmayın.
Buğa - Səhər saatlarından etibarən işlərdə müəyyən kurs və ya istiqamət yoxdur. Bir qədər sonra tonusla nikbinliyi bərpa edin. Günün ikinci yarısına yaxın axınla hərəkət edin. Yaxın ətrafınızdakı insanlara niyyətiniz və ya planlarınızla bağlı hesabat vermək məcburiyyətində deyilsiniz. Təkbaşına çalışın, müstəqil olun. Yardım istəyən insana dəstək verin. Əvəzində minnətdarlıq eşidəcəyinizi düşünməyin. Ətrafdakı insanların davranış motivləri dəyişkəndir və emosiyalara məruz qalır.
Əkizlər - əgər hər şeyi dürüst etsəniz, perspektivlər güclənəcək, münasibətlərin yeni məqamları görünəcək. Axşam saatlarında istirahəti təxirə salmayın, qüvvənizi bərpa edin. Planlarınızı götür-qoy edin. Diqqətli olun, dəyişikliklər və yeniliklər artıq başlanır.
Xərçəng - sakit, aramla, soyuqqanlı şəkildə çalışın. Ətrafdakıların əsəbləri ilə oynamasanız, ciddi heç nə baş verməyəcək. Çoxdan bəri planlaşdırdığınız işi görmək üçün yaxşı vaxtdır. Kənardan təzyiqlərə və müdaxilələrə imkan verməyin. Günün ikinci yarısı sizə gərəkli nəsnə və informasiyanı verəcək. Hansısa istiqamətdə işlər sürətlə gedirsə və hər şey yaxşıdırsa, prosesi süni təkanlarla tələsdirməyin. Bütün işləri ataraq səyləri bir istiqamətə yönəltmək və pulları sağa-sola xərcləməyə dəyməz.
Şir - situasiyalar maraqlıdır, amma birmənalı deyil. Təfərrüatları dəqiqləşdirin, mütəxəssislərlə məsləhətləşin. Bütün problemlərə rəğmən planlarınızda olan işləri görün, nikbin davranın. Situasiyanı süni şəkildə tələsdirməyin. Sizə kiminsə israrla təqdim etməyə çalışdığı nəsnəni şübhə ilə yoxlayın.
Qız - başqalarının yaşamına, işlərinə qəfil müdaxilə etməyin. Təklif olmadan kimsənin problemlərinin həllinə can atmayın. Əks təqdirdə çoxsaylı problemlərlə qarşılaşacaq, onları həll etmək məcburiyyətində qalacaqsınız. Planlar qurun, qatılmaq istədiyiniz oyunun fiqurları ilə əlaqələri intensivləşdirin. Prioritet və məqsədlər dəyişir, qaydalara yenidən baxılır. Axşam saatlarında böyük gərginlik tələb edən işlərlə məşğul olmayın.
Tərəzi - gərginlik artır. İlk növbədə, səhhətinizi qoruyun, qüvvənizi qənaətlə xərcləyin. Münasibət və işlərdəki incə müvazinəti pozmayın. İşlərinizi axardan çıxarmamaq üçün yanlış addımlar atıb tələsik qərarlar verməyin. Məqsədə doğru inamla irəliləyin, sizi yoldan sapdırmaq istəyənlərə fikir verməyin. Həddən artıq işlərə başlamayın. Çox iş çoxsaylı uğur demək deyil.
Əqrəb - gərgin gün olacaq. Çox çalışmalısınız. Buna görə də əlavə iş və ya sifarişə razılaşmayın. Sakit, məqbul, əlverişli şəraitdə çalışın. Passiv olmayın, başqalarının sizin maraqlarınızı tapdamasına və ya mənafe dairənizi zəbt etmələrinə imkan verməyin. Alış-veriş eyninizi açmayacaq. Pullar qəflətən "ərimək" məziyyətinə malikdir. Aldığınız əşyalar və ya mallar sizi razı salmayacaq, ya da tezliklə sıradan çıxacaq.
Oxatan - səhər saatlarından etibarən aktiv çalışın. İşlərdə problemlər olsa da, ruhdan düşməyin. Çox işə başlayıb hər işdən qalmayın. Diqqətinizi bütünlüklə həll etməyə çalışdığınız məsələyə yönəldin. Düzgün qidalanın, rasionu formalaşdırın.
Oğlaq - dəvət aldığınız tədbirə qatılın. Ailə üzvlərindən biri ilə münasibətlərin aydınlaşdırılması istisna deyil. İnternetdə informasiya arayın. Peşəkar fəaliyyətiniz və ya başqa məqamlarla bağlı məlumatlar karınıza gələ bilər.
Dolça - prosesin istədiyiniz intensivlik və məcrada olmadığı yerdə keçmişdən yapışıb qalmayın. İddiaların bəzilərindən əl çəkmək və ya nəyisə itirməklə barışmaq gərəkdirsə - tərəddüd etməyin. Bir müstəvidə itirəndə başqa müstəvidə mütləq şəkildə tapacaqsınız. Emosiyaların əsiri olmasanız, yeni perspektivləri görəcəksiniz.
Balıqlar - ən kiçik impulslar, kənar amillər, üzə çıxan sirlər, faş olan mübhəmlər günün axarını çətinləşdirə bilər. Daxili gərginliyin formalaşması istisna deyil. Qarşılıqlı anlaşmanı pozmayın, münasibətlərdə inciklik və sərinləşməyə imkan verməyin. Sizə rəğbət bəsləyən insanın etimadını doğruldun.
Milli.Az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi