Əli Kərimlinin oğluna 25 sutka həbs - Məhkəmə qərarı

img

23-09-2013 [16:54]



Nəsimi rayon məhkəməsi Əli Kərimlinin oğluna hökm oxuyub. Məhkəmə Əli Kərimlinin oğlu Türkel Kərimliyə 25 sutka həbs cəzası verib.

Qeyd edək ki, Əli Kərimlinin oğlu və onun iki dostu dünən Milli Şuranın keçirdiyi mitinqdən sonra saxlanılıb. DİN-in yaydığı məlumata görə, Türkel Kərimli daha 2 nəfərlə birgə şəhərdə prezidentliyə namizədlərin seçki plakatlarını cırarkən polis əməkdaşları tərəfindən saxlanılıb.

AXCP sədrinin oğlu ilə birgə hbəs olunan Ülvi Nuriyev və AXCP üzvü Coşqun Salahzadəyə isə 30 sutka həbs cəzası verilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA