İlqar Məmmədovun işi Ali Məhkəməyə getdi

img

23-09-2013 [16:43]


Sentyabrın 23-də REAL hərəkatının həbsdə olan lideri İlqar Məmmədov Bakı Apelyasiya Məhkəməsinin çıxardığı qərardan Ali Məhkəməyə şikayət verib.

"Media forum” saytına danışan vəkil Xalid Bağırov belə deyib. Mərkəzi Seçki Komissiyası İlqar Məmmədovun prezidentliyə namizədliyini qeydə almayıb. Onun namizədliyinin müdafiəsi üçün kifayət qədər imzanın toplanmadığı (minimum 40 min imza tələb olunur) bəyan olunub. Sentyabrın 20-də Bakı Apelyasiya Məhkəməsi İlqar Məmmədovun şikayətini təmin etməyib, minimum 40 min imza baryerinin aşılmadığına dair qərarın doğru olduğuna rəy verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA