Sərdar Cəlaloğlu MSK-ya şikayət etdi

img

23-09-2013 [16:41]


Azərbaycan Demokrat Partiyası Mərkəzi Seçki Qərargahına daxil olan məlumatlara görə prezidentliyə namizəd Sərdar Cəlaloğlunun təbliğat-təşviqat kompaniyası ilə bağlı ayrı-ayrı seçki məntəqələrində namizədin hüquqlarının pozulması haqqında faktlar daxil olmaqda davam edir.

Səlahiyyətli nümayəndələrin əldə etdiyi məlumatlara görə23 saylı Nəsimi-Səbail seçki dairəsi 7, 8, 16, 17, 23 saylı məntəqələrdə S.Cəlaloğlunun lövhələrdən asılan şəkilləri cırılıb atılmışdır.

9 saylı Binəqədi 2-ci seçki dairəsi 15, 16 saylı məntəqələrdə yerləşən lohvələrdən S.Cəlaloğoğlunun şəkilləri çırılmış, yerinə namizəd F.quliyevin şəkilləri asılmışdı.

20 saylı Nərimanov 2-ci seçki dairəsi 1, 31 saylı məntəqələrdə S.Cəlaloğluna məxsus plakatlar löhvələrdən çıxarılmışdır.

19 saylı Nərimanov 1-ci seçki dairəsi 22, 24 saylı məntəqələrdə namizəd S.Cəlaloğlunun şəkilləri çırılıb kənara atılmışdı.

74 saylı Lənkəran kənd, 75 saylı Lənkəran-masallı seçki daairələrində yerləşən məntəqələrdə S.Cəlaloğlunun şəkilləri çırılıb kənara atılmışdı.

33 saylı Xətai 1-ci seki dairəsi 20, 21 saylı məntəqələrdə, 34 saylı Xətai 2-cü seçki dairəsi 19, 18, 20, 21 saylı məntəqələrdə, 35 saylı Xətai 3-cü seçki dairəsi 1, 2, 3 saylı məntəqələrdə prezidentliyə namizəd S.Cəlaloğluya məxsus plakatlar çırılıb kənara atılmışdır.

27 saylı sabunçu 2-ci seçki dairəsi 7 saylı məntəqəsi məntəqə seçki komissiyasının üzvü valideyn iclası adı altında tolantı təşkil edərək qanuna zidd olaraq hakimiyyət komandasının prezidentliyə namizədi i.Əliyevə səs verməyə çağırıb.

Baş verən qanun pozuntuları, yaradılan süni manelərin aradan qaldırılması və müvafiq tədbir görülməsi üçün ADP mərkəzi Seçki qərargahının rəhbəri T.Əliyev Mərkəzi Seşki komissiyasına müraçiət edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA