DİN-dən açıqlama: "Əli Kərimlinin oğlu sərxoş olub"

img

23-09-2013 [15:40]


"AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib”.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Orxan Mansurzadə bildirib. Şöbə rəisi bildirib ki, Türkel Kərimli daha 2 nəfərlə birgə şəhərdə prezidentliyə namizədlərin seçki plakatlarını cırarkən polis əməkdaşları tərəfindən saxlanılıb: "Sentyabrın 22-də axşam saatlarında paytaxtın Nəsimi rayonunda 3 nəfər şəxs prezidentliyə namizədlərin seçki ilə bağlı plakatlarını cırarkən polis əməkdaşları bunu görüb və onları nizam-intizama riayət etməyə dəvət ediblər. Lakin yüngül dərəcəli sərxoş vəziyyətdə olan bu şəxslər polislərin qanuni tələblərinə qəsdən tabe olmayaraq müqavimət göstərməyə və hay-küy salmağa başlayıblar. Bununla əlaqədar onlar polislər tərəfindən saxlanılıblar. Həmin şəxslər barəsində məsələ İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə sənədləşdirilərək barələrində protokol tərtib olunub və baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib."

Şöbə rəisinin sözlərinə görə, bəzi KİV-də yayılan məlumatların əklsinə olaraq, polislər həmin şəxsləri saxlayarkən onların kimliyi və hansı siyasi partiyaya mənsub olduqları barədə məlumatları olmayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA