Elçin Quliyevin orkestrindən “Qan-qam stayl” performansı - Video

img

23-09-2013 [14:14]


Youtube şəbəkəsində Azərbaycanın Dövlət Sərhəd Xidmətinin hərbi orkestrinin Cənubi Koreyadan olan repçinin məşhur "Gangam style"" hitini ifa etdiyini əks etdirən video yayılıb.

Orkestrin bu videonu nə vaxt və hansı mərasimdə ifa etdiyi göstərilmir. Ancaq istisna deyil ki, bu ifa sərhəd xidmətinin yaradılmasının bu yaxınlarda tamam olan ildönümü münasibətilə keçirilən mərasimlərin birində olub.

Xatırladaq ki, bir neçə gün bundan qabağ yol polislərinin "Panamerico" mahnısının sədaları altında yol kənarında rəqs etdiklərini əks etdirən video Youtube-də yayılmışdı. Yaxud bu yaxnlarda Rusiyanın hərbi orkestri Ceyms Bondun filimindən Adelenin "Skyfall" soundtrackını ifa eləmişdilər. Xabarovskda isə hərbi orkestr Ladi Qaqanın mahnısı ifa etmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA