İDLİB GƏRGİNLİYİ: Tramp və Merkeldən Türkiyəyə açıq dəstək gəldi, savaş meydanından isə ölüm xəbərləri gəlir - Moskvadan Ankaraya daha bir mesaj
29-02-2020 [00:32]
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ABŞ prezidenti Donald Trampla İdlibdə şəhid olan 33 əsgəri ilə bağlı yaranmış vəziyyəti müzakirə edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyə prezidenti administrasiyasının yaydığı məlumata görə, danışığın gedişatında ikitərəfli məsələlər, həmçinin regional mövzular, o cümlədən İdlibdəki son hadisələr müzakirə edilib. Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyənin İdlibi Suriya prezidenti Bəşar Əsədə məxsus qüvvələrdən təmizləmək qətiyyətini təsdiq edib. Hər iki lider yaxın vaxtlarda İdlibdə böyük humanitar faciənin qarşısının alınması üçün əlavə addımların atılması təşəbbüsünü razılaşdırıb.
Tramp Əsəd ordusunun hücumlarını kəskin qınayaraq, Türkiyəyə dəstək verməyə hazır olduqlarını bəyan edib.
Bu telefon danışığından sonra Ərdoğan Almaniya kansleri Merkellə də danışıb. Merkel də Suriyanın hücumunu qınayıb və dərhal dayandırılması üçün çağırış edib.
Oxşar dəstək NATO-dan da gəlib.
Diqqətçəkən budur ki, telefon danışıqlarından sonra Milli Müdafiə Nazirliyi İdlibdəki vəziyyətlə bağlı yeni açıqlama yayıb.
Bildirilib ki, rejimin top atəşləri nəticəsində bir türk əsgəri şəhid olub, daha 2 hərbçi yaralanıb.
Nazirlik cavab zərbəsi ilə Əsəd ordusunun daha 8 tankını, 4 zirehli maşınını, 5 top, 2 çoxfunksiyalı raket sistemini ilə yanaşı, 56 əsgərini məhv etdiklərini bəyan edib.
Xatırladaq ki, ötən gecə 33 əsgərin şəhid edilməsindən sonra Türkiiyə Suriyanın 200-dən çox hədəfini vurub. Nəticədə Suriyanın 5 helikopteri, 23 tankı, 10 zirehli maşını, 23 topu, 5 silah dolu yük maşınını, bir SA-17, bir SA-22 hava müdafiə sistemini və sair texnikaları məhv edilib.
Bu arada isə bəlli olub ki, Suriyadan qaçan mülki vətəndaşlar Bolqarıstan və Yunanıstan sərhədlərini aşaraq, Avropaya qaçmağa can atırlar. Bu isə bölgədə daha bir humanitar fəlakətə yol açıb.
Az əvvəl isə Rusiya Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Gerasimov ABŞ-lı həmkarı ilə telefonda danışıb.
Rusiya mətbuatının məlumatına görə, rəsmi Moskva Türkiyənin itkilərindən sonra İdlibdə atəşkəs rejimini təmin etməyə hazır olduğunu bəyan edib.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi