Azercell Milli Olimpiya Komitəsi ilə əməkdaşlıq Memorandumu imzaladı
28-02-2020 [18:38]
Fevral ayının 28-i Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və “Azercell Telecom” MMC arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Mia.az xəbər verir ki, ölkədə olimpiya layihəsi, birbaşa idman, sağlam həyat tərzi dəyərlərinin təbliğinə və inkişafına daima dəstək olan Azercell 2 il ərzində, 2021-ci ilin sonunadək, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin və Milli Olimpiya Komandasının məğrur tərəfdaşı kimi çıxış edəcək.
Memorandumlar Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev, “Toyota Qafqaz” MMC-nin direktoru Rəşad Saracov və “Blue Planet Distribution” MMC-nin direktoru Səbinə Qazı-zadə tərəfindən imzalanıb.
İmzalama mərasimində çıxış edən Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan idmançılarının XXXII Yay Olimpiya Oyunlarına və XVI Yay Paralimpiya Oyunlarına hazırlığının və Oyunlarda iştirakının təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamın mötəbər idman tədbirinə hazırlığa verilən əhəmiyyətin və dəstəyin göstəricisi kimi qiymətləndirib. Dövlət və hökumət nümayəndələrinin, respublikanın idman ictimaiyyətinin tanınmış simalarının, tərəfdaşların, eləcə də media nümayəndələrinin iştirak etdiyi tədbirdə “Azercell Telekom” MMC-nin prezidenti Vahid
Mürsəliyev öz növbəsində imzalanan tərəfdaşlıq memorandumunun mühümlüyünü vurğulayıb və Azərbaycanda Olimpiya hərəkatının inkişafında şirkətin iştirakının əhəmiyyətindən danışıb. “Biz, tərəfdaş olaraq, idman, sağlam həyat tərzinin təbliğində, o cümlədən maarifləndirmə sahəsində böyük olimpiya ailəsinin üzvləri ilə bütün imkanlarımızı bölüşməyə hazırıq. Ümid edirik ki, belə bir addım nəinki Oyunlara tamaşa edən auditoriyanın genişlənməsinə, həm də minlərlə gəncin idmanla məşğul olmasına səbəb olacaq. Ölkəmizi təmsil edəcək bütün idmançılarımıza bu məsuliyyətli yolda güclü olmağı, bayrağımızı daima ucaltmağı arzulayıram.”
Olimpiya Oyunları dünyanın bütün dövlətlərinin diqqət mərkəzində olan ən mühüm və möhtəşəm idman tədbiridir. XXXII Tokio Yay Olimpiya Oyunları 24 iyul-9 avqust 2020-ci il tarixində keçiriləcəkdir.
Xatırladaq ki, hər zaman sosial layihələrin təşəbbüskarı kimi tanınan “Azercell Telekom” MMC 2014-cü ildən etibarən Uşaq Paralimpiya Komitəsinin fəaliyyətini dəstəkləyir. Bununla da şirkət sağlamlıq imkanları məhdud uşaqların və yeniyetmələrin cəmiyyətə inteqrasiyasına öz töhfəsini verir.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi