AXCP sədrinin oğlu saxlanıldı, Əli Kərimlinin oğlu məhkəməyə çıxarılır -yenilənib

img

23-09-2013 [13:18]


AXCP sədri Əli Kərimlinin oğlu saxlanılıb. Bu barədə məlumat hüquq-mühafizə orqanlarından verilib. Məlumata görə, hazırda Türkel Kərimli Nəsimi rayon Polis İdarəsinin 22-ci bölməsindədir. Bir qədər əvvəl onun əl izlərinin götürülüb. 

Məlumat bir neçə saat əvvəl daxil olsa da, AXCP sədrinin köməkçisi Faiq Əmirov onu təsdiqləmədi. Biz də təsdiqlənməmiş məlumatı yaymadıq. 

Amma bir qədər əvvəl Azadliq.info saytı Türkel Kərimlinin saxlanıldığını təsdiqləyən xəbər yayıb. Xəbərdə deyilir ki, Əli Kərimlinin oğlu dünən Milli Şuranın mitinqindən sonra saxlanılıb. Türkel Kərimli mitinqdən sonra iki dostu ilə birlikdə şəhərə gəzməyə çıxıb. Pols onu və dostlarını saxlayıb. Onları Nəsimi rayon 22-ci polis bölməsinə aparıblar. Onlara qarşı seçki ilə bağlı plakatları cırmaq kimi uydurma ittiham irəli sürüblər. 

Türkel Kərimli və dostları gecəni 22-ci polis bölməsində keçiriblər. Saxlanılanların yaxınlarına indiyə qədər də hər hansı izahat verilmir. Onların vəziyyəti ətrafında qeyri-müəyyənlik qalır(musavat.com)

***

DİN mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə virtualaz.org-a açıqlamasında mətbuatda yayılan bu məlumatla bağlı araşdırma aparıldığını bildirdi: "Hələ araşdırma aparılır. Bu haqda məlumatı günün ikinci yarısından sonra verə bilərəm”.

AXCP fəalı Asəf Quliyev isə bildirib ki, T.Kərimli bu gün Nəsimi Rayon Məhkəməsinə aparılacaq və məhkəmə önünə çıxarılacaq: "Amma məhkəmə prosesinin saat neçədə olacağını bilmirik”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA