Həsən Kərimovun vəziyyəti pisləşdi, xəstəxanaya yerləşdirildi

img

23-09-2013 [12:26]



AXCP Ali Məclisinin sədri Həsən Kərimovun səhhəti pisləşdiyindən bu gün səhər o, xəstəxanaya yerləşdirlib. MİA xəbər verir ki, bu barədə Modern.az saytına Həsən Kərimovun xanımı Almaz Kərimova məlumat verib. O, bildirib ki, şiddətli ürək ağrılarından halı pisləşən Həsən Kərimovu evdə saxlamaq mümkün olmadığından təcili xəstəxanaya aparılıb.

"Hazırda Həsən bəy xəstəxanada həkim nəzarətindədir. Ürəyində problemlər var. Özünü yaxşı hiss etmirdi. Həkimin ilkin müayinəsindən sonra bir qədər özünə gəlib. Həkimlərdən cavab gözləyirik”-deyə Almaz Kərimova bildirib.

Qeyd edək ki, Həsən Kərimov bundan öncə də ürəyindəki ağrılarla əlaqədar dəfələrlə xəsətəxanaya yerləşdirilmişdi. O, 3 dəfə infarkt keçirib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA