Ana doğuş zamanı öldü, prokurorluq hərəkətə keçdi

img

23-09-2013 [12:16]



Gəncə şəhər sakini doğuş zamanı xəstəxanada dünyasını dəyişib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə ötən gecə Gəncə şəhər Regional Perinatal Mərkəzdə baş verib.

Şəhər sakini, 1981-ci il təvəllüdlü Ricai Fərqanə İsmət qızı doğuş üçün xəstəxanaya gətirilib və bir müddətdən sonra dünyasını dəyişib. Hadisənin başvermə səbəbləri açıqlanmır. Gəncə şəhər Prokurorluğundan faktla bağlı araşdırma aparıldığı bildirilib.

Məlumata görə, F. Ricai ikinci uşağını dünyaya gətirəcəkmiş.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA