23-09-2013 [11:56]
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidovun "Psixoloqiya v stixax i…” (Psixologiya şeirlərdə və...) adlı kitabı işıq üzü görüb.
ADU-nun mətbuat xidmətindən verilən məlumata görə, min tirajla "Qanun” nəşriyyat evində səhifələnən şeirlər kitabının redaktoru Bela Zakirovadır.
Rus dilində yazılmış kitab 84 səhifədən ibarətdir. Kitabda "Oda tvorçestvu” ("Yaradıcılıq qəsidəsi”), "Liçnostğ” ("Şəxsiyyət”), "Kto razdelil moy mir prekrasnıy?” ("Mənim möhtəşəm dünyamı paylaşan kimdir?”), "Tak prav li bıl filosof Şpenqler?” ("Filosof Şenqler haqlı idimi?”), "Duşa i slovo” ("Könül və kəlmə”), "Dobro i zlo” ("Xeyir və şər”), "Kak prosto” ("Çox sadəcə”), "Kak tolğko solnüa luç” ("Günəş şölə saçan kimi”), "Doverie” ("Etimad”), "Voronğe” ("Yırtıcılar”), "Moe lekarstvo” ("Mənim əlacım”), "Kak veter” ("Yel kimi”), "Lyubimaya, kak tı prekrasna!” ("Necə lətafətlisən, sevgili canan”), "Opomnisğ, bojğe sozdanie” ("Aç gözlərini, ilahi məxluq”) başlıqları altında psixoloji-fəlsəfi şeirlər öz əksini tapıb.
Kitab müəllifin 2010-cu ildə nəşr olunmuş "Yaradıcılığın fenomenologiyası” adlı kitabının yenidən işlənmiş versiyasıdır, lakin hazırkı nəşrdə fikirlər şeir formasında ifadə olunub. Müəllif "Psixoloqiya v stixax i…” kitabına yazdığı ön sözdə qeyd edir ki, 2010-cu ildə o kitab işıq üzü gördükdən sonra onda qəribə hisslər baş qaldırıb: "Narahatlıq, natamamlıq kimi hissləri xatırladan bu duyğuları sözlə ifadə etmək çox çətindir. Düşündüm ki, yenidən nəsə etmək, yazmaq, söyləmək lazımdır. Bu anlaşılmaz hisslər şeir formasında dərc olunan kitabımı yazmayana qədər məni tərk etmədi. Yaradıcılıqla məşğul olmaq - çox qəliz bir məsələdir, ona toxunaraq biz yeni bir aləmə düşürük, başqa reallıqlarla üz-üzə qalırıq. O, səni səndən alaraq tamamilə öz əhatəsinə alır... Və artıq işi görüb tamamladıqdan sonra sözügedən vəziyyət peyda olur. Yaşadığın, çalışdığın real həyat öz dəyərini itirir, hətta səni əhatə edən insanların da münasibətləri bir o qədər də məna verməməyə başlayır. Yalnızca yaradıcılıq, bu ilahi hissi yenidən duymaq istəyi, duyğular...”.
Müəllif yaradıcılığa dair hisslərini şeirlərlə kitabda cəm etdikdən sonra yenə də etdiklərinin yetərli olmadığını və yeni bir araşdırmaya başlamağın zəruri olduğunu qeyd edib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi