"İsgəndər huya gedəndir, axırda başı əzilən də bu olur."- Sərdar Həmidov

img

23-09-2013 [11:01]



"İskəndər Həmidov mənim qardaşımdır. Ona məsləhət görərəm ki, adlarını çəkdiyimiz bu insanların heç birinə yaxın durmasın”. 

 Mia.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu İsgəndər Həmidovun qardaşı Sərdar Həmidov SƏS.TV-yə müsahibəsində bildirib. O, deyib ki, Milli Şurada olanların heç biri İ.Həmidovu çox istəməyiblər, qəbul etməyiblər və bu gün də bu belədir: "İsgəndərin ağlı yoxdur, başını tamam itirib. Mən ona zamanında dedim ki, bunların dalına düşməsin. Amma mənim sözümə baxmadı, gedib qoşuldu onlara. Onlar İsgəndərdən istifadə edirlər. Bilirlər ki, dəlidir, ağlı çatmır, ona görə də özlərinin deyə bilmədiklərini, cəsarətləri çatmadığı sözləri bu ağılsıza dedirdirlər. Bir də ki, İsgəndər huya gedəndir, böyürdən-başdan qızışdırırlar, özləri də çəkilib durur qıraqda. Axırda başı əzilən də bu olur. Daha nə deyim ondan?”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA