İCRA BAŞÇILARI VƏ ÖVLADLARI: onlar məmurdur, yoxsa biznesmen?
25-02-2020 [10:39]
Neftçala rayonunun bir neçə gün əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunan icra başçısı İsmayıl Vəliyevin rüşvət və korrupsiya ilə bərabər, həm də bizneslə məşğul olduğu üzə çıxıb. Rayon ərazisindəki bir böyük bazar da daxil olmaqla, başçıya aid biznes obyektlərinin siyahısı açıqlanıb.
Lakin sözsüz ki, Neftçala heç də Azərbaycanın ən varlı rayonu hesab edilə bilməz. Yəqin ki, İ.Vəliyevin özü də ən böyük biznesi və ən çox obyektləri olan icra başçısı deyil.
"AzPolitika.info" yazır ki, araşdırmaçı jurnalist Cavanşir Həsənli bir neçə icra başçısına aid rəsmən qeydiyyatdan keçmiş sahibkarlıq subyektlərinə aid məlumatlar paylaşıb.
Həmin məlumatlar vergi orqanının rəsmi saytından götürülüb və təbii ki, əksər icra başçılarının qeyri-rəsmi, yaxud başqa şəxslərin adlarına sənədləşdirilən daha böyük və çoxsaylı biznes obyektləri mövcuddur.
Məlumatlar Şəki, Şabran, Göyçay, Quba və Lənkəranın icra başçılarına aiddir. Həmin paylaşımları təqdim edirik:
Şabranın icra başçısı Asif Hüseynov - Şabranın icra başçısı Asif Həbib oğlu Hüseynov 2000-ci ildə qeydiyyatdan keçmiş "Səbinə-93" kiçik müəssisəsinin təsisçisi və qanuni təmsilçisidir.
Şəkinin icra başçısı Elxan Usubov - Vergilər Nazirliyində Şəkinin icra başçısı Elxan Zabir oğlu Usubovun adına iki şirkət qeydiyyatdadır.
"CHEMİCO CO LTD" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 1996-cı ilin iyulunda, "A.Q.T.İ.M." MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ isə 2003-cü ilin fevralında qeydiyyatdan keçib.
Hər iki şirkətin təsisçisi və qanuni təmsilçisi Elxan Usubovdur. Şirkətlər Elxan Usubov icra başçısı təyin olunmamışdan qabaq təsis edilib, lakin indiyədək ləğv edilməyib. İcra başçısı əvvəllər bizneslə məşğul olub.
Göyçayın icra başçısı Mehdi Səlimzadə - "NIRRIN HEALTH & SPA" mərkəzi Qurban Xəlilov küçəsi 2-də yerləşir. Göyçayın icra başçısı Mehdi Səlimzadənin qızı Nəzrin Mehdi qızı Səlimzadəyə məxsusdur.
Nəzrin Səlimzadə 2013-cü ilin iyulunda Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində qeydiyyata alınmış "NİRRİN" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin təsisçisidir. Ötən ilin iyunundan qanuni təmsilçisi Məsmə Xanım Məcidova Abbas qızıdır.
Lənkəranın icra başçısı Taleh Qaraşovun isə oğlunun adına MMC var. 2005-ci ildə qeydiyyata alınan "V.S.S" MMC adlı şirkət Samir Qaraşovun adınadır.
Qubanın icra başçısı Ziyəddin Əliyevin Ukraynada böyük biznesə malik olması haqda isə dəfələrlə yazılıb.
"Qubanın icra başçısı Ziyəddin Əliyevdən hələ nə Ukraynadakı o zavodun, nə də ora yatırdığı 7 milyon avronun hesabını soruşan olmayıb...", - deyə, jurnalist qeyd edib.
Azpolitika.info
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi