ACP Ali Məclisinin sədri Doğru Yol Partiyası təşkilat komitəsinin sədri ilə görüşdü

img

23-09-2013 [10:27]


ACP Ali Məclisinin sədri Doğru Yol Partiyası təşkilat komitəsinin sədri Kəramət Salayevlə görüşdü. Daxil olan məlumata əsasən dünən axşam radələrində Milli Şuranın mitinqindən sonra ACP Ali Məclisinin sədri Zəminə Dünyamalıyeva və keçmiş millət vəkili Solmaz Ələsgərova Doğru Yol Partiyasının Təşkilat Komitəsinin sədri Kəramət Salayev ilə mitinqin keçirildiyi əraziyə yaxın yerdə görüşmüşlər. Görüşdə ölkədə siyasi durum, prezident seçkisi kompaniyasının gedişi, seçkidən əvvəl və sonra müxalifətin atacağı siyasi addımlar müzakirə edilib. Tərəflər arasında razılaşmaya uyğun olaraq bu tip görüşlərin keçirilməsi, məsləhətləşmələrin aparılması məqsədəuyğun hesab edilib.

Görüş qarşılıqlı anlaşma şəraitində keçirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA