Hacıbala Abutalıbovdan milyonlar udan iş adamı yenidən məhkəmədə!

img

23-09-2013 [10:07]



Bir neçə dəfə deputatlığa namizəd olmuş və Hacıbala Abutalıbovu məhkəmədə 4.5 milyon manat udmaqla yadda qalan «"İnturavtoASC-nin sədri Aydın Heydərov yenidən məhkəməyə üz tutub.

Xatırladaq ki, bir neçə il əvvəl həmin ASC-nin Nərimanov rayonu ərazisində yerləşən ərazisi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qanunsuz alınıb. Aydın heydərov bununla bağlı meriya ilə illərlə məhkəmələrdə «vuruşub». Nəhayət, bir neçə ay əvvəl Nəsimi rayon Məhkəməsi A.Heydərovun Başı Şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatları Departamenti və Maliyyə Nazirliyinə qarşı rekord həddə - 17 milyon manatlıq iddiasını qismən təmin edib. Belə ki, ASC-nin hərrac vasitəsilə satın aldığı, özəlləşdirilmiş 4 mərtəbəli binası 2012-ci il aprelin 9-da gecə saatlarında heç bir xəbərdarlıq edilmədən sökülüb. Avadanlıqlar və əmlak isə aparılıb. Ekspertiza şirkətin dağıdılan əmlakını 15 milyon 549 min 300 manat məbləğində dəyərləndirib.

Bundan başqa iddiaçı tərəf şirkətin yerləşdiyi binanın sökülməsi, avadanlıq və əmlakın dağıdılmasında birbaşa iştirakı olan iki nəfərin cinayət məsuliyyətinə cəlb edilməsi də tələb edib: "Məhkəmə isə iddia tələbini qismən təmin edib. Qətnaməyə əsasən vurulmuş zərərə görə Aydın Heydərova 4,5 milyon manat ödəniləcək».

İndisə Aydın Heydərov 4,5 milyonluq kompensasiya ilə qane olmaq fikrində deyil.

 Mia.az-a daxil olan digər bir məlumata görə isə, Aydın Heydərov adıçəkilənlərlə yanaşı, digər bir şirkətə qarşı iddia da qaldırıb:

 «Aydın Heydərovun rəhbərlik etdiyi nturavtoASC bu dəfə "Bakı Sərnişin Nəqliyyatı” MMC-ni vurduğu zərərə görə məhkəməyə çəkib. Artıq bu şirkətə qarşı iddiaya 1 saylı Bakı İnzibati-İqtisaddi Məhkəmədə bxılıb. İş hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Mirzə Tağızadənin sədrliyi ilə icraata qəbul olunub. Hakim sentyabrın 18- təyin etdiyi prosesi təxirə salıb. İş üzrə proses prezident seçkilərindən sonra, daha dəqiqi, oktyаbrın 18- təxirə salınıb».

 Məsələ ilə bağlı tərəflərdən mövqe öyrənmək mümkün olmayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA