Kinematoqrafçılar İttifaqı pul davasına qalxdı

img

23-09-2013 [10:05]


Azərbaycan Kinematoqrafçılar İttifaqı bir vaxtlar Rüstəm İbrahimbəyovun müqavilə bağladığı «Kino» Mənzil-Tikinti Kooperativi ilə məhkəmə davasına başlayıb.

 Bu barədə mia.az-a daxil olan məlumata görə, Azərbaycan Kinematoqrafçılar İttifaqının «Kino» MTK ilə çəkişməsinin səbəbi ikinciyə qarşı irəli sürülən icarə haqqı davasıdır: «Azərbaycan Kinematoqrafçılar İttifaqı «Kino»dan 5383 manat icarə haqqı tələb edir. Ancaq tərəf bununla razılaşmır. Bunun üçün ittifaq rəhbərliyi məhkəməyə üz tutub. Artıq ittifaqın pul iddiasına birinci məhkəmə instansiyasında baxılıb. Lakin qərar mübahisəni həll etməyib».

 Məlumata görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin qərarından verilmiş şikayət hazırda Bakı Apellyasiya Məhkəməsində icraata qəbul edilərək, araşdırılır: «İşə bu məhkəmədə hakim Cahangir Yusifovun sədrliyi ilə baxılır. Cahangir Yusifov üzrə sentyabrın 26-na iclas saatı təyin edib».


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA