Rəsul Quliyev: "Cəmil müəllim özü fərdi şəkildə..."

img

23-09-2013 [10:00]


Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev Milli Şuranın daxilində hansısa gərginliyin olmadığını bəyan edib. 

"Reytinq” qəzetinə açıqlamasında R.Quliyev deyib ki, Milli Şuranın daxilində gərginliyin olmasından danışmaq yersizdir. Onun sözlərinə görə, bu məsələləri qabartmaq ümumi işə zərərdir: "Artıq Milli Şuranın vahid namizədi var və hamı o namizədi dəstəkləyir. Namizədin kampaniyasını iki partiya-AXCP və Müsavat aparır. Daha doğrusu, bu iki partiya məsuliyyəti öz üzərinə götürüb. Cəmil müəllim özü fərdi şəkildə Milli Şuranın digər üzvlərinə müraciət ünvanlayır və onun xahişlərinin hamısına əməl edilir. Şuranın elə də böyük işi olmadığına görə, gərginliyin də olması mümkün deyil”.

Rəsul Quliyev Müsavat Partiyası ilə münasibəti barədə də danışıb: "Bütün siyasi partiyalara olan münasibətimlə Müsavat Partiyasına olan münasibət arasında heç bir fərq yoxdur. Azərbaycanın belə bir fəlakətli vəziyyətə gəlib çıxmasında bəzi partiya liderlərinin 20 illik fəaliyyətinin oynadığı rolu yazmağımın Müsavat Partiyasına elə bir aidiyyatı yoxdur. Mənim fikirlərim partiyanın siyasətini formalaşdıranlara həsr olunur”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA