22-09-2013 [22:09]
Qərb, Rusiya prezidenti Vladimir Putinin Sankt-Peterburqda məruz qaldığı diplomatik məğlubiyyəti əməli işə çevirməyə və Suriya məsələsində real dönüşə macal tapmamış, rəsmi Moskva revanş götürməyə nail oldu. Rusiya prezidentinin Sankt-Peterburqda məruz qaldığı diplomatik məğlubiyyətin ardından revanş götürə bilməsi Qərb dövlətlərinin Suriya məsələsində tutduğu qeyri-müəyyən siyasətin nəticəsidir. Qısaca olaraq, son bir ay ərzində Suriya ilə bağlı Qərbin və Rusiyanın rəsmi şəxslərinin bəyanatlarına, rəsmi qurumlarının qərarlarına diqqət yetirsək, rəsmi Moskvanın təşəbbüsü necə ələ aldığını aydın görərik.
Xatırladaq ki, avqustun 21-də Dəməşq yaxınlığında kimyəvi silahdan istifadə nəticəsində 1400 nəfərin ölməsi Suriyaya hərbi müdaxiləni gündəmə gətirdi. ABŞ-ın dərhal Suriya ətrafında hərbi qüvvələrini artırması hərbi müdaxilənin zaman məsələsi olması ilə bağlı təəssürat yaratmışdı. Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun Suriyaya görə ABŞ-la müharibə etməyəcəklərini deməsi isə Qərbin hərbi müdaxiləsinin qarşısının alına biləcəyinə olan bütün ümidləri aradan qaldırmışdı.
Hətta İranın da Suriyadan öz hərbiçilərini çıxarması ilə bağlı məlumatlar yayılmışdı. Bir çox təhlilçilər isə daha da irəli gedərək Suriya diktatoru Bəşər Əsədin tezliklə ölkədən qaçacağını iddia edirdilər. Avqust ayının sonlarında ictimai rəydə belə bir təəssürat yaranmışdı ki, daha bir diktatorun hakimiyyətinin ömrü bitmək üzrədir. Ancaq sentyabrın əvvəllərində vəziyyət dəyişdi və kəskin diplomatik bəyanatlar səngidi. Bunun ardınca isə Suriyaya hərbi müdaxilənin əleyhdarları səslərini ucaltdılar.
BMT Təhlükəsizlik Şurası faktiki olaraq, prosesə təsir imkanını itirdikdən sonra diqqət dünyanın iqtisadi baxımdan inkişaf etmiş 20 dövlətinin Sankt-Peterburq sammitinə yönəlmişdi. Bu sammit-də iştirak edən dövlətlərin yarıdan çoxunun ABŞ-ın hərbi müdaxilə ilə bağlı mövqeyini dəstəkləməsi də Suriyanın tezliklə Qərbin qorxunc hərb maşınının zərbəsi ilə üzləşəcəyini düşünməyə əsas verirdi. Ancaq Rusiya prezidenti Qərb dövlətləri arasında mövcud olan fikir müxtəlifliyindən və Roma Papası başda olmaqla, bir çox nüfuzlu liderlərin hərbi müdaxilənin əleyhinə olmasından məharətlə istifadə edərək Suriyaya hərbi müdaxilənin qarşısını kəsən diplomatik addım atdı. Mə-lum olduğu kimi, Putin Suriyanın kimyəvi silahının məhv edilməsi təşəbbüsü ilə çıxış etdi və bu təklif Qərbin hərb maşınının dayanmasına, diplomatiyanın yenidən önə çıxmasına səbəb oldu. ABŞ-ın da Rusiyanın bu təklifini dəstəkləməsi və iki ölkənin xarici siyasət idarələri rəhbərlərinin Anlaşma hazırlaması Suriyaya hərbi müdaxilə ehtimalının üzərindən tam olaraq xətt çəkməsə də, hərbi müdaxilə planının masa üzərindən yığılması ilə nəticələndi.
Obama hərbi müdaxilədən niyə çəkindi?
ABŞ-ın "əzələ nümayişi"nə baxmayaraq Suriyaya hərbi müdaxilə etməməsi müxtəlif səbəblərlə izah olunur. Rusiyanın dövlət başçısının təklifinin də bu məsələdə önəməli rol oynaması ilə bağlı təəssüratların nə qədər güclü olmasına baxmayaraq, fikrimzcə, Barak Obamanın müharibəyə əl at-mamasının üç böyük səbəbi var.
Birinci və əsas səbəb prezident Barak Obamanın tarixə müharibə əleyhdarı kimi düşməyə can at-ması ilə bağlıdır. Hələ 2008-ci ildə prezidentliyə namizəd olarkən, Obama vəd verirdi ki, dövlət başçısı seçilsə İraq və Əfqanistandan ABŞ əsgərlərini çıxaracaq. O, bu vədini yerinə yetirir. Artıq ABŞ əsgərləri İraqı tərk edib və Əfqanistanı da tərk etmək üzrədir. Odur ki, Barak Obama ABŞ-ın iki müharibəsinə son qoymuş lider kimi tarixə düşməyə yaxın olduğu bir zamanda Suriyaya hərbi müdaxiləyə səmimi qəlbdən can atması inandırıcı görünmür.
Dəməşq yaxınlığında kimyəvi silahdan istifadə edildiyi məlum olduqdan sonra Obamanın hərbi müdaxiləyə hazırlaşması ilə bağlı təəssürat yaratmasını isə aşağıdakı səbəblərlə izah etmək olar. İlk məqam budur ki, bu görüntünü yaratmaqla, Obama Suriyada baş verənlərə Qərbin seyriçi qalması ilə bağlı dünya ictimaiyyətinin tənqidlərini zəifləti və bu ittihamı öz üzərindən kənarlaşdırmağa nail oldu. Digər tərəfdən, bununla ABŞ-ın siyasi dairələrindəki hərbi müdaxilə tərəfdarları-nın təzyiqini və tənqidlərini müəyyən müddətə də olsa, dayandırmağa nail ola bildi.
Yuxarıda qeyd etdiyimiz kimi, yeni müharibənin əleyhinə olduğu üçün, Barak Obama dərhal Pu-tinin təklifi ilə razılaşdı və hərbi müdaxilə arxa plana keçdi.
ABŞ-ın hərbi madaxilədən yayınmasının ikinci səbəbi, heç şübhəsiz ki, İsrailin təhlükəsizliyi ilə bağlıdır. Belə ki, ABŞ Suriyaya hərbi müdaxilə edəcəyi təqdirdə İsrailin Bəşər Əsəd rejiminin tərəfdarlarının hücumuna məruz qala biləcəyi ilə bağlı məlumatların, görünür, müəyyən əsası olub. Hətta Suriyaya hərbi müdaxilə olacağı təqdirdə İsrailə qarşı kimyəvi silahdan istifadə ediləcəyi ilə bağlı təhdidlərin də əsassız olmadığı bildirilir. Ancaq bir məqam hamıya aydın idi ki, Suriya hərbi müdaxiləyə məruz qaldıqda Əsəd tərəfdarları bunun qisasını İsraildən almaq istəyirdilər. Hətta Livandakı şiə quruplaşması olan "Hizbullah" İsrailin yer üzündən silənə biləcəyini bəyan edirdi. Görünür, bu təhdidlərin arxasında müəyyən real işlərin dayana biləcəyi qorxusu ABŞ-ı Suriyaya hərbi müdaxilədən çəkinməyə vadar edib.
Üçüncü səbəb Rusiya faktoru ilə bağlıdır. Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Rusiya üçün həyati əhamiyyətli bölgələrdə güclənən Qərb, Moskvanı tam təcrid etməyə çox yaxındır. Belə ki, Ukrayna, Moldova və Gürcüstan noyabrda Avropa Birliyi ilə Assosiasiya Razılaşması imzalaya bilər ki, bu da Qərbin Rusiyanın sərhədlərinə çatması deməkdir. Bu prosesin Rusiyanın siyasi dai-rələrində isterikaya səbəb olmasını Qərbdə də gözəl anlayırlar. Demək olar ki, Vaşinqton Moskva-ya Suriyada güzəştə getməklə ona öz simasını saxlamağa imkan verib.
Putinin təklifi ilə Suriyaya hərbi müdaxilədən faktiki olaraq imtina edən Qərb, bu gün əsas diqqətini Ukraynanın Avropa ilə yaxınlaşmasına yönəldib və bu məqsədinə çatmaq üçün ikinci dərəcəli məsələdə hələlik güzəştə getməyi mümkün sayır. Fikrimizcə, bu, Qərbin güzəştə getməsinin üçüncü səbəbidir.
Qərbin mövqeyi diktatorları ruhlandırır
Beləliklə, ABŞ Rusiyanın təklifini qəbul etdi və bununla hərbi müdaxiləyə hazırlığın yerini diplomatik danışıqlar tutdu. Bu isə o deməkdir ki, Suriyadakı insan faciəsi davam edəcək. Suriyada hər gün onlarla insanın həyatını itirməsi dünyanın aparıcı dövlətlərinin siyasi liderləri üçün hətta statistik məlumat olmaqdan da çıxaraq, artıq əhəmiyyətsiz xəbərə çevrilib. Buna görə də, Suriya-da axıdılan insan qanı Bəşər Əsəd və terrorçu qruplarla yanaşı, dünyanın aparıcı dövlətlərinin si-yasi liderlərinin vicdanına yazılmalıdır.
Ekspertlər isə Qərbin güzəştçil mövqeyinin Suriya diktatorunun aqibətini həyacanla izləyən digər diktator və avtoritar liderləri ruhlandıracağından narahatdırlar. Elə bu səbəbdəndir ki, artıq nüfuz-lu hüquq müdafiə təşkilatları həyacan təbili çalmağa başlayıblar. Onlar beynəlxalq ictimaiyyəti xə-bərdar edirlər ki, Suriya diktatoruna qarşı kimyəvi silahdan istifadə ilə bağlı ittihamların olmasına baxmayaraq, o, yenə hakimiyyətdə qalmaqda davam edir və bu, çox təhlükəli insident yarada bi-lər. Bu bədbin proqnoz reallaşmasa belə, Suriya diktatorunun bu günə kimi hakimiyyətdə qalması dünyanın demokratikləşməsi prosesinə mənfi təsirini göstərir.
Belə ki, "Ərəb baharı" Şimali Afrikanın zəngin diktatorlarını domino effekti ilə aşırdığı günlərdə bütün avtoritar liderlər islahatlardan danışmağa balamışdılar. Dünyanın müxtəlif ölkələrində "Ərəb baharı"ndan ruhlanan milyonlarla insan avtoritar rejimlərlə mübarizəyə qalxmışdı. Ancaq "Ərəb baharı" Əsəd rejiminin qanlı dirənişi ilə üzləşdikdən sonra dünyada avtoritarizm yenidən baş qaldırıb və bir müddət əvvəl kövrək islahatlara başlayan diktatorlar artıq öz rejimlərini sərtşlədirir-lər.
Avtoritar liderlər Rusiyaya üz tutur
Rusiyanın Suriya diktatorunu müdafiə etməsi postsovet məkanının avtoritar liderlərinə də bir siq-nal olmaq təhlükəsi yaradır. Əgər son zamanlara kimi postsovet məkanının avtoritar liderləri Moskvanın sona kimi onları qoruya biləcəyinə şübhə edir və buna görə Rusiyanın himayəsinə keçməyə meyl göstərmirdilərsə, indi vəziyyət dəyişmək üzrədir. Hətta son zamanlara kimi Qərblə ya-xınlaşma kursu götürdüyünü elan edən ölkələrin də öz mövqeyində dəyişiklik edəcəyi istisna de-yil.
Gürcüstanın Baş naziri Bidzina İvanaşvilinin ölkəsinin Gömrük İttifaqına və Avrasiya Birliyinə qoşula biləcəyini istisna etməməsi də Qərbin tərəddüdlü mövqeyinin nəticəsi kimi xarakterizə olu-nur. Müşahidəçilər qeyd edirlər ki, ABŞ-ın Rusiyanın Suriya ilə bağlı təklifi qarşısında tez təslim olması düşüncələrdə dəyişikliyə səbəb olub və indi elə vəziyyət yaranıb ki, Gürcüstanda hətta Ru-siyanın yaratdığı birliklərə qoşulmaq haqqında çox açıq şəkildə danışırlar. Ekspertlər Rusiyanın bir çox dövlətlərin siyasi dairələrindəki çaşqınlıqdan istifadə edərək postsovet məkanında öz mövqelərini gücləndirəcəyindən narahatdırlar. Onlar Rusiyanın İranın nüvə proqramı ətrafında da təşəbbüsü ələ alacağı təqdirdə, mövqelərini daha da gücləndirəcəyini bildirir və Qərbi güzəştə getməməyə çağırırlar. Əgər Qərb Suriya məsələsində olduğu kimi, İranın nüvə proqramı məsələ-sində də Rusiyanın təkliflərini qəbul etsə, bu, Moskvanın yenidən dünyanın əsas söz sahiblərindən birinə çevrilməsi təəssüratını yaradacaq. Bundan sonra isə diktator və avtoritar liderlər Kremllə anlaşmaq üçün növbəyə duracaqlar. Buna görə də, ekspertlər Qərb liderlərini Rusiyanın oynuna düşməkdən çəkinməyə səsləyirlər. Onların bu çağrışlarının eşidilib-eşidilmədiyini isə ya-xın zamanlarda görəcəyik.
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
İlham Əliyev Şamaxıda - FOTOLAR
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı