22-09-2013 [21:59]
Artıq ölkəmizdə prezident seçkilərinə sayılı günlər qalıb. Hazırda təbliğat-təşviqat kampaniyası dövrüdür və siyasi arenada gərgin əhval-ruhiyyə hökm sürür. Bir tərəfdə hakimiyyət qələbə çalacağını bəyan edir, digər tərəfdə isə müxalifətin əksəriyyətinin bir araya gəldiyi Milli Şura ölkədə anti-demokratik mühitin höm sürdüyünü və bu hakimiyyətin getməli olduğunu bildirir. Ayrı-ayrılıqda tərəflər xalqdan səs alacaqlarını bəyan etsələr də, reallıq başqadır.Ortaq mövqedən çıxış etməyə çalışan və seçkilərə tərəfsiz mövqe bildirən Azərbaycan Ali Sovetinin keçmiş sədri (1992) akademik Yaqub Məmmədovla söhbətimiz də seçki və ondan sonrakı proseslər barədə oldu.
- Yaqub müəllim, artıq seçkiyə çox az vaxt qalıb. Prezidentlik kürsüsü uğrunda mübarizə aparanlar da bəllidir. Nə gözləyirsiz?
- Budəfəki prezident seçkilərindən gözləntim odur ki, indiki Prezident İlham Əliyev yenə də seçiləcək və növbəti dəfə dövlət başçısı olacaq. Başqa bir gözləntimiz yoxdur. Deyərdim ki, əksəriyyət də bu cür düşünür.
- Bu fikrinizi nə ilə əsaslandırırsız?
- Hazırkı seçki mühiti, seçki ilə bağlı gedən təbliğat, ölkədəki vəziyyət, prezidentliyə namizədliyini irəli sürən şəxsləri nəzərə alaraq, bu qənaətə gəlmişəm. Bütün bunları nəzərə alaraq, deyirəm ki, İlham Əliyev yenə prezident seçiləcək. Cəmiyyətdəki əhval-ruhiyyə, insanların seçkiyə münasibə-ti də bunu deməyə sas verir.
- Bəs, müxalifətdən olan namizədlərin şansını necə dəyərləndirirsiniz?
- Müxalifətdən olan namizəd bir nəfərdi - Cəmil Həsənli. Mənim onun şəxsiyyətinə, alimliyinə, ləyaqətinə hörmətim var. Amma gedişat göstərir ki, Cəmil Həsənlinin elə bir şansı yoxdur.
İctimai Televiziyadakı debatda da gördünüz ki, bütün namizədlər onun üstünə düşmüşdü. Hamı onu təhqir eləməyə çalışırdı. Ona görə də hər şey aydındır, vəziyyətin nə yerdə olduğu bəllidir. Nəticə də bu vəziyyətə uyğun olacaq.
- Müxalif qüvvələrin əksəriyyəti Milli Şurada birləşib və Cəmil Həsənli də bu qurumun namizədidir. Birləşmiş müxalifətin Cəmil Həsənlinin namizədliyini irəli sürməsi onun üçün hər hansı bir şans tanımırmı?
- Cəmil Həsənli üçün şans var. Ancaq başqa faktorları da nəzərə almaq lazımdır.
Deyirsiz ki, bütün müxalifət, ziyalılar, ictimaiyyət nümayəndələri Milli Şurada bir araya gəlib. An-caq bu, hər şeyi həll eləmir. O biri namizədlər də özlərini müxalifət adlandırırlar. Lakin İctimai Televiziyadakı debatda özləri nümayiş etdirdilər ki, necə müxalifətçidirlər. Bunları nəzərə alandan sonra bəlli olur ki, vəziyyət o qədər də sadə deyil.
- 2003-cü il seçkilərində İsa Qəmbər rəsmi nəticələrə görə 13faiz səs toplamışdı. İndi İsa Qəmbər də, Əli Kərimli də, Lalə Şövkət də, Rəsul Quliyev də Cəmil Həsənlini dəstəkləyir. Bu liderlərin elektoratı necə olacaq?
- (Gülür)Sizin bu sualınız çox mürəkkəbdir. Öncə onu deyim ki, 2003-cü il prezident seçkiləri ilə indiki seçkiləri müqayisə eləmək olmaz.
İkinci tərəfdən, seçkiöncəsi mühit, insanların seçkiyə münasibəti, ölkədə olan fəallığı nəzərə almaq lazımdır. Mən bunları nəzərə alaraq, deyirəm ki, indiki prezident yenidən seçiləcək.
- Amma ölkədəki vəziyyət bir o qədər də ürəkaçan deyil, kifayət qədər problemlər, narazılıqlar var...
- Telekanallara baxın, aparılan təbliğatı nəzərdən keçirin və görün, ölkədə vəziyyət necədir. Prezidentliyə namizədlərin kimliyinə, onların davranışlarına, debatlardakı çıxışlarına fikir versəniz, nəticə çıxarmaq olar.
- Mən, telekanallardakı təbliğatı demirəm. Ölkədəki vəziyyətlə bağlı Sizin öz fikriniz necədir?
- Ölkədə abadlıq işləri gedir, yollar salınır, körpülər tikilir, məktəblər, xəstəxanalar təmir olunur. Bu istiqamətdə gedən işləri müsbət qiymətləndirirəm. Bunu görməmək olmaz.
Ancaq o biri tərəfdən, xalqın sosial vəziyyəti, müəllimlərin, həkimlərin, alimlərin, mədəniyyət adamlarının yaşayış səviyyəsi aşağıdır. Qanunun aliliyinin təmin olunması, qanun qarşısında hamının bərabər olması, korrupsiya, rüşvətxorluq və sair problemlər də mövcuddur. İndi xalq da öz münasibətini bildirməlidir. Mən nə deyə bilərəm ki? Gördüyümü deyirəm, yaxşı da var, pis də. Yaxşını təqdir edirəm, pisə də pis deyirəm.
- Hər halda, əsas abadlaşma yox, insanarın həyat şəraitinin necə olmasıdır.
- Çox təəssüf ki, insanların həyat şəraitində müsbətə doğru elə bir dəyişiklik yoxdur. Yenə də sosial vəziyyət aşağı səviyyədədir. Bunu heç kim dana bilməz. İnsanların narazılığı, ah-naləsi göz qabağındadır. Mən də bütün bunları görürəm və mövqeyimi bildirirəm. Hesab edirəm ki, növbəti dəfə kim prezident seçilərsə, bunu nəzərə almalı və bu problemləri həll etməlidir. İndiki prezident yenə də seçiləcəksə, lap yaxşı, o, bu məsələləri həll eləməlidir. Yox, başqası olacaqsa, problemləri həll etmək onun üzərinə düşür. Bu məsələlər həll olunmasa, görünən stabillik pozula bilər.
- Yaqub müəllim, seçkinin qalibinin bəlli olduğunu deyirsiniz. Seçkidən sonrakı prosesləri necə görürsüz?
- Seçkidən sonrakı proseslərə gəlincə, onu deyə bilərəm ki, İlham Əliyevin özü dəyişikliklər etməlidir. Əgər İlham Əliyev dəyişikliklər eləməsə, islahatlar aparmasa, ölkəyə yenilik gətirməsə, sosial ədələt bərpa olunmasa, azğınlaşmış, qudurmuş, oliqarx məmurların əl-ayağını yığışdırmasa, vəziyyət yaxşı olmayacaq.
- Nə olacaq ki?
- Nə olacağını deyə bilmərəm. İstəmirəm ki, qanlı-qadalı hadisələr olsun, stabillik pozulsun. Sadəcə olaraq, mən proseslərin gedişatını nəzərdən keçirərək deyirəm ki, ölkədə böyük islahatlara ehti-yac var. Qudurğan məmurlar vəzifədən uzaqlaşdırılmalı, qanunlar işləməli, hamı hakimiyyətə ina-namalıdır. Ondan sonra ölkədə milli barışıq, əmin-amanlıq olar. Təbii ki, sadaladıqlarım olmasa, narazılıq daha da artacaq.
- Müxalifət seçkinin saxtalaşdırılacağını iddia edir. Siz nə düşünürsüz, saxtakarlıq olacaqmı?
- O, mürəkkəb məsələdir. Ona görə də deyə bilmərəm ki, seçkini saxtalaşdıracaqlar, ya yox. Amma 9 milyonluq Azərbaycan xalqının prezidentliyə iddialılarının siyahısına baxdıqda, hər şey aydın olur.
- Bu, xalqın günahıdır?
- Bəli. Bu, xalqın da, mənim də, sənin də, elə hamımızın günahıdır. Şəxsən mənim də günahım var. Bu gün ölkədə olan sistemi yaradan da, bu vəziyyətə gətirən də bizik. Bu gün ölkədə baş verənlərə görə hamımız cavab verməliliyik. Sadəcə olaraq, öz vətəndaşlıq borcumuzu yerinə yetirməliyik.
- Əgər Siz də, başqaları da vəziyyəti dəyişmək üçün təkliflər verirsə və bu dəyişiklikləri gerçəkləş-dirməli olan hakimiyyət təklifləri qəbul etmirsə, nə etmək lazımdır?
- Əgər hakimiyyəti xalq formalaşdırırsa, xalq öz sözünü deməlidir. O zaman hakimiyyət məcbur olub dəyişikliklərə gedəcək.
- Ancaq səsini bir qədər ucadan çıxaran həbs olunur...
- Həbslər olsa da, siyasi təzyiqlər baş versə də, xalq öz sözünü deməlidir. Bizim Konstitusiyamız-da təsbit olunub ki, hakimiyyətin mənbəyi xalqdır. Ona görə də xalqın problemləri varsa, narazıdırsa, öz etiraz səsini qaldırmalı və tələbini irəli sürməlidir.
- Xalqın nümayəndəsindən biri də Sizsiniz...
- Şəxsən öz payıma da deyirəm ki, ölkədəki indiki durumun yaranmasında təqsirliyəm, məsuliyyət daşıyıram.
- 2005-ci il parlament seçkilərindən bu yana ictimai-siyasi proseslərdən kənardasız. Niyə ortada deyilsiz, çəkinəcəyiniz bir şeymi var?
- Mənim çəkinəcəyim bir şey yoxdur. Baş verən prosesləri izləyirəm və görürəm ki, yeniliyə doğru heç bir addım atılmır.
Hamının öz marağı var. Beynəlxalq aləm də, müxalifət də, iqtidar da ancaq öz mənafeyindən çı-xış edir və öz maraqlarının təmin olunmasına çalışır. Seçki qanunvericiliyində hər hansı dəyişiklik olmadı, komissiyaların tərkibi dəyişmədi, seçki proseslərində iştirak edən namizədlərin hamısına eyni şərait yoxdur. Belə bir mühitdə mövqe bildirməyin nə əhəmiyyəti var?
- Qeyd etdiyiniz problemlərin aradan qaldırılmasının bir yolu yoxdurmu?
- Görünür, yoxdur, olsaydı, göstərərdik.
- Bunu deməklə yaxanızı kənara çəkirsiz?
- Mən heç vaxt yaxamı kənara çəkməmişəm. Hər zaman ölkədə gedən proseslərə öz obyektiv və ədalətli münasibətimi bildirmişəm, həmişə ağa ağ, qaraya da qara demişəm. Verilən təklifi nəzərə almayanlara, deyilən sözə qulaq asmayanlara nə deyə bilərəm?
Müxalifətin tərkibinə baxın. Yığışdılar, Milli Şura yaratdılar, sonra baş verən proseslərə diqqət yetirin. Bu, bizim müxalifətin simasıdır.
O biri də hakimiyyətin münasibətidir. Mən bundan başqa bir söz deyə bilmərəm.
Bilirsiniz, məsələlərin kökündə başqa şeylər var. Putin gəldi, Azərbaycanın məsələsini həll elədi və getdi.
- Məgər biz Rusiyanın əyalətiyik ki, Azərbaycanın məsələsini Putin həll edir?
- Mən hələ 20 il bundan qabaq demişəm ki, biz böyük siyasi oyunların kiçik peşkalarıyıq. Putinin Azərbaycana gəlişi və ondan sonrakı proseslər bir daha göstərdi ki, bəli, biz peşkayıq.
- Bəs, 20 ildir ki, Azərbaycanın peşka obrazından çıxması üçün bir resept tapmamasız?
- Ona bizim xalqın əzmi, gücü çatmalıdır. Onu tək Yaqub Məmmədov, ya da başqa birsinin nəsə deməsi ilə həll eləmək olmaz. Xalq hakimiyyəti özü formalaşdırmalıdır, lazımi məqamda sözünü deməlidir. Təəssüf ki, xalq bu gün heç nə demir. Hər kəs real vəziyyətlə razılaşıb, mən də hamı kimi.
- Sizcə, bu proses nə qədər davam edə bilər?
- Mən münəccim deyiləm ki, proqnoz verim. Amma, hər halda çox uzun çəkməz. Yəqin ki, hər şeyin bir sonu olduğu kimi, bunun da bir sonu olar.
Mən Azərbaycanın gələcəyini parlaq görürəm. Bizim yaxşı gəncliyimiz, düşünən beyinlərimiz var. Hər halda gələcəyimiz yaxşı olmalıdır.
- İndiki situasiyanı dəyərləndirəndə, bu keçid inqilabla, yoxsa demokratik proseslərlə gerçəkləşəcək?
- Şəxsən mən, dəyişikliklərin qansız-qadasız olmasının tərəfdarıyam. İnqilab, təlatümlər heç kimə xeyir gətirməyib. Hakimiyyətdə olan vaxtı da bunu demişəm və eləmişəm. Vəzifəmi də, kreslomu da stabilliyə qurban vermişəm ki, qan-qada olmasın, stabillik pozulmasın. İndi də o fikirdəyəm ki, bir Azərbaycan vətəndaşının qanı bahasına dəyişiklik olacaqsa, mən onu istəmirəm.
- Amma azadlıq və demokratiya qurban tələb edir...
- O qurbanları zamanında verib, müstəqilliyimizi əldə eləmişik. Müstəqillik dönəmində ölkəmizdə qayda-qanunu bərqərar etmək, sabitliyi bərpa eləmək, vətəndaşların sərbəst və yaxşı yaşamaları üçün qan tökülməsini istəmirəm. Bax, bunun üçün hər kəs əlindən gələni etməlidir.
Zaur ƏHMƏD
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi