DİN İqbal Ağazadənin yalanını çıxardı: "Cəmi 70-80 adam gəlib!"

img

22-09-2013 [17:35]


Ağstafada Ümid Partiyasnını sədri, prezidentliyə namizəd İqbal Ağazadənin təşviqat mitinqinin keçirilməsi zamanı qarşıdurma hallarının yaşanması ilə bağlı yayılan xəbərə Daxili İşlər Nazirliyindən də reaksiya gəlib. 

Nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov "Qafqazinfo”ya açıqlamasında bildirbi ki, yayılan xəbərlər doğru deyil. Ağstafada seçicilərlə görüşdə heç bir insident baş verməyib: "İqbal Ağazadə ilə seçicilərlə görüş üçün statdionda yer ayrılıb, amma həmin görüşə cəmi 70-80 nəfərə qədər adam qatılıb. Görüşün istədikləri kimi baş tutmadığını görən ümidçilər rayon mərkəzinə yürüş etməyi qərara alıblar. Lakin polis onların bu cəhdinin qarşısını alıb və qayıdıb ayrılmış yerdə nəzərdə tutulan vaxta qədər seçicilərlə görüş keçirilməsini təklif edib. Bu zaman isə heç bir insident yaşanmayıb”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA