22-09-2013 [16:32]
Sonda Milli Şuranın vahid namizədi Cəmil Həsənli çıxış etdi:
Ey uca millətim! Ey 1918-ci ildə cümhuriyyət yaratmış qurucu babaların şərəfli nəvələri.
Biz Milli Şuramızın müəyyən etdiyi yolla gedirik. Əmin ola bilərsiniz ki, yurdumuzu sarmış bu zülm və istibdad rejimin axırına çıxacağıq.
Millət yoludur, haqq yoludur tutduğumuz yol,
Yaşa, ey sevgili millət, yaşa, var ol.
Milli Şuranın müəyyən etdiyi yol, milli birlik yoludur. Bu kriminal rejim bizi vaxtından əvvəl dəfn etmək istəyirdi. Sizlər bu meydana toplaşıb mesaj verdiniz ki, biz diriyik, gəlirik.
Ey azadlığa təşnə olan vətəndaşlarımız, ey Azərbaycan demokratiyasının körpə fidanı olan gənclərimiz, gözü yaşlı əsgər anaları, əmin olun ki, ədalət bərpa olunacaq, hər kəsin haqqı özünə qaytarılacaq.
And olsun şərəfimə. Qara günlü millətin ziyalısı ağ kəfəndə dəfn oluna bilməz. Biz bu zülmün qarşısında dayanmalıyıq. Həzrət Əlinin bir söz var: Zülmü görüb ona etiraz etməmək, zalımın yanında olmaqdır.
Millət qəddini düzəldib göstərməlidir ki, bu vətənin sahibi mənəm.
Millətimiz yaşlaşdıqca həbsdə olan siyasilərimiz cavanlaşır.
Bu adamların günahı nədir? Allah sevgisi. Allah sevgisinə vətən sevgisini qatmaqdır.
Bu hökumət narkotikaya o qədər uyub ki, narkotik itithamı bunların hüquq sisteminin əsasına çevrilib.
Gəlsin mənimlə debata, izah etsin ki, 10 ildə bu torpağın 1 qarışı niyə azad olunamdı? Korrupsionerin vətən-torpaq sevgisi ola bilməz. Bunlar Qarabağ problemmini də hakimiyyətdə qalmaq üçün alver predmetinə çeviriblər. Bu seçki deyil, seçki görüntüsüdür, xalqın haqqına, hüququna həqarətdir.
Qoy onlar öz əməllərindən, xalqın fəlakətləri üzərində sərvət toplamalarından utansınlar.
Bunlar mif yaradırdılar ki, Azərbaycanın sülalə hakimiyyətindən başqa yolu yoxdur. Heç kəs bu ölkəni Şimali Koreyaya döndərə bilməz.
Ey, şərəfli millətin şərəfli varisləri. Səsinizlə tarix yaradın. Vətənimizi və özünüzün qurtuluş haqqına sahib çıxın.
Millətin içindəki ortada olmalıdır. Haqq uğrunda, ləyaqətli həyat uğrunda mübarizə milli mücadiləmizin əsasını təşkil edir.
Sonda mitinq qətnamənin oxunması ilə başa çatdı.
***
***
Eldaar Namazov Ağstafa göürüşlərindən danışaraq həmin rayon seçicilərinin salamını Cəmil Həsənliyə və mitinq iiştirakçılarına çatdırıb və əmin ediib ki, qərb rayonları Milli Şuranın namizədinə səs verəcəklər.
***
Sabiq daxiili işlər naziri İsgəndər Həmidov çıxış edir. O, milləti "istefa" sədalarını gücləndirməyə və Cəmil Həsənliyə çağırır.
***
İsa Qəmbərin müsaviiri Tural Abbaslı çıxış edir, sonadək mübarizə aparacaqlarını deyir və qarşılarını kimsənin ala bilməyəcəyini deyir.
***
Moderator meydanda təxribatşı olduğunu elan edir. Bir qdının əlində təxribat xarakterli plakat tutduğunu elan edir. Etiraz səsləri ucalır. Daha sonra moderator həbsdə olan Qurban Məmmədova azadlıq tələb edir. Alqışlar gəliir.
***
16.50. İşıqlar söndu. Qısa müddətdə aydınlaşdı ki, bu təxribat deyil, texniki qurğuda yaranmış nazasızlqla əlaqəlidir. Aslan İsmayılob bu dəqiqələrdə alovlu çıxışını davam etdirir.
16.40. Tanınmış hüquqşünas Aslan İsmayılov şıxış edir. O, məmurlara və hakmiyyətə üz tutaraq ədalətli olmağa çağırır. Aslan bəy evi, maşını, maddı imkanı olduğunu deyərək, hec nəyə ehtiyacı olmadığını deyərək, meydanda olmasının səbəbini ərəfli və ləyaqətli həyat sürmək istəməsi iilə əlaqələndiirib: "Bu debatlarda qürurumuzu, mənəviyyatımızı, ləyaqətimizi tapdaladılar. Göstərdilər ki, Azərbaycan xalqını Hafizlər, Zahidlər təmsil edir. İstədilər ki, camaatı seçkilərdən iyrəndirsinlər. Cəmil Həsənlinin timsalında bütün Azərbaycan xalqını təhqir etdilər. Mən ona görə burdayam. İllərlədir deyirdilər müxalifət birləşə bilmir, lideri yoxdur. Amma biz indi öz liderimizi gorürük.
Biz göstərməliyik ki, özümüzü müdafiə edə bilirik. Mən bura vətəndaş kimi gəlmişəm, heç kimə yol vermərəm ki, xalqımı təhqir etsinlər!
Məhkəmələrdə qulağıma pıçıldayan, "bizlik deyil, Aslan” deyən hakimlərə, prokurorlara deyirəm, mənim kimi olun, ləyaqətinizi, şərəfinizi qoruyun!”.
16.30. Bu dəqiqələrdə Əli Kərimli çıxış edir. O hakimiyyətiin əleyhinə sərt ifadələr səsləndirir. Meydanı "Azadlıq" şüarları və sədaları bürüyür...AXCP sədri Əli Kərimli deyir ki, Cəmil Həsənli 12 dəiqə müddətində hakimiyyəti darmadağın etdi: "Əziz həmvətənlərim artıq bir neçə gündür ki, Azərbaycan uğrunda vətən uğrunda bu millətin uğrunda İctimai televiziyada bir döyüş gedir. Bu döyüşdə sizin təmsilçiniz, xalqın təmsilçisi professor Cəmil həsənli gözlənilməz, dəqiq zərbələri ilə hakimiyyəti artıq sarsıdıb. Hakimiyyətdəkilər çıxılmaz vəziyyətdədirlər və məcbur olublar vəxtilə öz əqidəsini, düşərgəsini satmış xəyanətkarları köməyə çağırıblar və xalqımız düşünür ki, bu çarəsizlərin ümüdi mənəvi şikəstlərə qalıb. Qələbə yaxındadır, qələbə bizimlədir, qələbə Cəmil Həsənli ilə gələcək "
16:21.Reportyorumuzun veridiyi xəbərə görə, artıq Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli meydana daxil olub. Mitinqdə böyük bir izdiham yaşanır.






















Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi