Azərbaycanlı körpənin meyiti Iranda girov qalıb

img

22-09-2013 [14:40]


Təbrizin Mərkəzi Uşaq Xəstəxanasında müalicə olunan 1 yaşlı azərbaycanlı körpə Kazım Məmmədəli dünən səhər saatlarında vəfat edib.

Bu barədə "Azadlıq”a məlumat verən körpənin atası Nazir Məmmədəli bildirib ki, 50 gündür Təbriz şəhərindədilər: "Xəstəxana rəsmiləri bizdən 8 min manat tələb edir. Pasportlarımızı da əlimizdən alıblar. Deyirlər ki, pulu ödəyin, sonra meyiti götürün. Biz bu barədə konsulluğa da müraciət etmişik. Onların cavabı bu oldu ki, bazar ertəsi iş günüdür. Həmin gün konsulluğa gələk”. 

  

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA