Nazirliklə «Azərsu» ASC-nin 10 minlik davası

img

21-09-2013 [19:52]



Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin "Azərsu” ASC-yə qarşı iddiası üzrə məhkəmə prosesi davam edir.

Bu barədə mia.az-a daxil olan xəbərə görə, nazirliyin tabeliyində olan Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbərliyi "Azərsu” ASC-dən Bakı şəhərində apardıqları təmir-tikinti işləri zamanı birliyin əmlakına vurulan zərərin ödənilməsini tələb edir: 

«Birlik cəmiyyətdən vurulmuş zərərin əvəzi olaraq 10809,16 manat vəsait tələb edir. Bununla bağlı işə1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə baxılıb. İş hazırda Bakı Apellyasiya Məhkəməsində araşdırılır».

 Məlumata görə, həmin məhkəmədə hakim Valeh Ağayevin sədrliyi ilə sentyabrın 17-də təyin olunmuş prosesdə qərar açıqlanmayıb: «Hakim dövlət qurumlarının pul davasına oktyabrın 1-də baxacaq»

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA