lham Əliyev Mişel Platinini qəbul edib

img

21-09-2013 [19:09]


Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bu gün UEFA-nın prezidenti Mişel Platinini qəbul edib.

"Azertag"ın verdiyi məlumata görə, görüşdə Azərbaycanda idmanın müxtəlif növlərinin inkişaf etdirilməsi ilə bağlı görülən işlərin önəmi qeyd olunub, müasir idman infrastrukturunun yaradılması istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər yüksək qiymətləndirilib. 

Söhbət zamanı Azərbaycan ilə UEFA arasında uğurlu əməkdaşlığa, ölkəmizdə futbolun inkişafı istiqamətində islahatların aparılmasına dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA