21-09-2013 [18:59]
Həbs edilən jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimlinin ailəsi onunla birlikdə saxlanılan Təvəkkül Qurbanovun Gəncədə qeydiyyatda olduğu ünvana gediblər. Qapını heç kim açmasa da, onlar T. Qurbanovun qonşuları ilə danışıblar.
"Təvəkkül Gəncədə Dadaş Bünyadzadə küçəsində yaşayır. Qonşuları dedilər ki, o Bakıya tez-tez gəlib belə işlərlə məşğul olur. Kiminsə üzünə durub həbs etdirir. Təvəkkülün həyat yoldaşı Gəncədə MTN-nin mühasibi işləyir. Qonşulardan soruşduq ki, Təvəkkülü tutublar? Dedilər ki, yox. O tez-tez Bakıya gedib qayıdır”- P. Həşimlinin xanımı İlahə Həşimova "Azadlıq” a deyib.
Qonşular deyib ki, Təvəkkül Qurbanov yaşadığı yerdə hamıdan kənar gəzir, heç kimlə ünsiyyət qurmur. Jurnalistin ailə üzvləri Gəncədən qayıdandan sonra bir qadın P. Həşimlinin evinə zəng edib. Ev telefonuna cavab verən jurnalistin anasına "Siz Pərvizə belə tərbiyə verirsiniz?...Silah alveri eləyir” deyib. Dəstəyi İ. Həşimova götürəndə isə onu təhqir edib. " Mənə dedi ki, siz silah alveri ilə məşğul olursunuz. Belə olmasa siz niyə gedib Türkiyədə dincəlirsiniz? Bu pulu haradan tapırsınız? Mən danışmaq istəyəndə dəstəyi yerə qoydu. Bizim ev telefonu da nömrələri qeyd edir. Mən həmin nömrəyə zəng elədim. O yenə məni təhqir edib telefonu yerə qoydu. Biz şübhələnirik ki, həmin qadın Təvəkkül Qurbanovun həyat yoldaşıdır”.
Jurnalist Pərviz Həşimli İrandan qaçaq yolla silah gətirməkdə ittiham olunur. Səbail rayon Məhkəməsinin qərarı ilə o və Təvəkkül Qurbanov barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. P. Həşimlinin evində və çalışdığı "Bizim Yol”qəzeti , "moderator.az” saytında axtarış aparılıb. Axtarış zamanı ofislərdəki kompyüterlər müsadirə olunub. Evdən isə makarov tipli tapança və 30 ədəd qumbara götürülüb. P. Həşimlinin həyat yoldaşı deyib ki, həmin silahları MTN əməkdaşları özləri evə yerləşdiriblər. P. Həşimliyə qarşı seçilən həbs-qətimkan tədbirindən Apellyasiya Məhkəməsinə şikayət edilib.
Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi Pərviz Həşimlinin həbsini pisləyib və bu həbsi onun peşə fəaliyyəti ilə bağlayıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi