Cəmil Həsənli və Hafiz Hacıyevə xəbərdarlıq edildi

img

21-09-2013 [17:29]


Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) növbəti iclasını keçirib. Iclasda bildirilib ki, YAP tərəfindən namizəd İlham Əliyevin nümayəndəsi Əli Əhmədovun MSK-ya şikayəti daxil olub. Şikayətdə bildirilir ki, Milli Şuranın namizədi Cəmil Həsənlinin prezidentin və ailəsinin şərəf və ləyaqətini alçaldan ifadələrdən istifadə edib.
Digər bir şikayət isə Cəmil Həsənli tərəfindən Hafiz Hacıyev və Əli Əhmədov tərəfindən şərəf və ləyaqətinin alçaldılması ilə bağlı olub.

MSK-nın ekspert qrupu İctimai televiziyada yayımlanan "Xalq seçir" proqramında namizədlərin şikayətlərini araşdırıb. Ekspert qrupunun araşdırması nəticəsində Cəmil Həsənlinin hərəkətləri araşdırılıb və hadisənin gərgin vəziyyətdə baş verdiyi, ilk dəfə olması nəzərə alınaraq Cəmil Həsənliyə ciddi xəbərdarlıq edilməsi haqıqnda qərar verilib.
Cəmil Həsənlinin onun Hafiz Hacıyev tərəfindən pulsuz efir vaxtının pozulması ilə bağlı şikayəti əsasında müəyyən edilib ki, C.Həsənli fasilələrlə özünün 25 saniyə vaxtından istifadə edib.

MSK həmçinin Hafiz Hacıyevə də xəbərdarlıq edib.

MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçən iclasda həmçinin Cəmil Həsənlinin Əli Əhmədovla bağlı şikayəti də araşdırılıb. Araşdırma nəticəsində məlum olub ki, "Xalq seçir" proqramında Əli Əhmədovun heç bir qanunsuz hərəkəti aşkar olunmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA