21-09-2013 [12:42]
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev mətbuatda barəsində yazılan xəbərlərə aydınlıq gətirib. Onun AzVision.az-a dediyinə görə, bu cür xəbərlər heç bir əsası olmadan, qərəzli şəkildə yayılır.
- Dünən bir neçə saytda, əsasən də virtualaz. org-da İmişli Rayon İcra Hakimiyyətinin başçısı, oğlu haqqında qeyri-qanuni əsassız material yayılıb. Ona cavab olaraq bildirmək istəyirəm ki, 2012-ci ildə İmişli Rayon İcra Hakimiyyəti Elegent Co MMC ilə müqavilə bağlayıb. Müqavilə əsasında sahibkarlarla işlər görülüb və o sahibkarlara 2 milyon manat vəsait ödənilib. Vəsaiti ödəmək üçün mənim əlimdə müqaviləm var. Müqavilənin nömrəsi 268-dir. Bu, Elegent Co MMC ilə 14 noyabr 2012-ci ildə imzalanmış müqavilədir. Müqaviləyə əsasən, bütün sahibkarlara vəsaitlər ödənilib,- deyən Vilyam Hacıyev həmin müqavilələrin surətini də AzVision.az-a təqdim edib.
İcra başçısının sözlərinə görə, daha sonra isə bir neçə sahibkar əsassız şikayətə başlayarkən yenidən onlara vəsait verilib. Məsələ ilə bağlı 5 nəfərin iştirakı əsasında akt tərtib olunub. Bundan sonra həmin sahibkarlar izahat veriblər ki, İmişli Rayon İcra Hakimiyyəti ilə bağlı heç bir şikayətləri yoxdur. İmişli Rayon İcra Hakimiyyəti ilə bağlanmış müqavilə əsasında vəsaitlərini alıblar.
"Buna baxmayaraq, yenə həmin insanlar yaxın günlərdə virtualaz. org saytına müraciət ediblər ki, guya bunların vəsaiti ödənilməyib. Əllərində heç bir əsası, sübutu olmaya-olmaya bütün saytlar da İmişli Rayon İcra Hakimiyyəti haqqında şər-böhtan yazmağa başlayıblar. Bununla bağlı bildirmək istəyirəm ki, İmişli Rayon İcra Hakimiyyəti və başçısı haqqında yazılanlar fevral ayından başlayaraq, bu günə qədər qərəzli şəkildə olub”,- deyə V.Hacıyev bildirib.
O, oğlu haqqında yazılanların da böhtan olduğunu deyib: "Oğlumla bağlı məlumat yayılıb ki, guya Bakıda 1 milyonluq maşında gəzir. Nəzərinizə çatdırmaq istəyirəm ki, oğlum orta məktəbi fərqlənmə attestatı ilə bitirib, Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub. BDU-nun hüquq fakultəsində Gənclər Birliyinin sədri olub. Orada oxuduğu müddətdə Elmi Şuraya üzv seçilib. Universitetin hüquq fakultəsini bitirdikdən sonra Londonda Kembric Universitetinin hüquq fakultəsinə magistraturaya qəbul olub. Hazırda orada əla qiymətlərlə oxuyur. Bu gün onun haqqında yazılan şərhlər hamısı şər-böhtandır. Əgər o yazanların əlində bir fakt varsa, təqdim etsinlər. Sizə oğlumun BDU-nu qırmızı diplomla bitirməyi, orada Gənclər Təşkilatının sədri olmağı, Kembric Universitetində hüquq fakultəsində təhsil aldığı sənədləri də göstərə bilərəm. Bunlar hamısı faktdır”.
Qızının haqqında danışan icra başçısı deyib ki, Gəncə şəhərində yaşayır, müəllimədir, iki övladı var. Həyat yoldaşı kiçik bizneslə məşğuldur.
"Bütün sayt rəhbərlərinə müraciət edirəm ki, əllərində bir əsası olmadan, qarşı tərəfin fikrini öyrənmədən belə materiallar verməsinlər. Bu gün İmişli rayonu Azərbaycanın ən inkişaf etmiş rayonlarından birinə çevrilib. İmişlidə abadlıq, quruculuq işləri yüksək səviyyədə aparılır. İnsanların yoxsulluq vəziyyəti demək olar ki, sıfıra enib. İşsizlik tam aradan qaldırılıb. Bu qədər sosial inkişafı olan bir rayon haqqında bu cür şər-böhtan yazmağı heç cür qəbul etmirəm. Bir daha xahiş edirəm ki, haqqımda yazılan əks yazılarda mənim fikrlərimi öyrənsinlər, əllərində dəlil olsun”,- deyə Vilyam Hacıyev jurnalistlərə səslənib
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi