Tanınmış alimlərə cavab gəldi: «Yanılırsınız! - «Borçalı»da qarşıdurma

img

20-09-2013 [22:18]


 Xəbər verdiyimiz kimi, "Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədli qarşı həmyerlilərdən ibarət 22 tanınmış alim bəyanat veriblər.

 Onlar Zəlimxan Məmmədlinin seçkilərdə Milli Şuranın vahid namizədi Cəmil Həsənlini dəstəkləyəcəyi barədə açıqlamasına etiraz ediblər.

Hətta sədrə sətiraltı xəbərdarlıq da ediblər: 

"Zəlimxan Məmmədliyə isə tövsiyəmiz budur ki, bir fərd olaraq öz siyasi mövqeyini ortaya qoyarkən "Borçalı” cəmiyyətinin sədri statusu ilə çətirlənməsin və cəmiyyətin nizamnamə müddəalarına sayğı ilə yanaşsın”. 

Məsələ ilə bağlı mia.az-a açıqlama verən Zəlimxan Məmmədli bəyanatda adları çəkilənlərin etirazını qəbul etməyib. Eyni zamanda, cəmiyyət sədri bəyanata imza atanların bəzilərinin bundan xəbərsiz olduğunu da deyib:

 «Təbii ki, bununla bağlı rəsmi mövqeyimi bildirəcəm. Bu siyahıda adı gedənlərin bir neçəsi bu işdən xəbəri olmadıqlarını ifadə ediblər. Bu insanlar mənim vətəndaş mövqeyimdən çəkindirmək istəyirlərsə, çox yanılırlar. Hər şeyin bəlli olması prosesi başladı. Allah xeyir versin».

mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA