MADƏR MUSAYEV, İMAMVERDİ İSMAYILOV, SABİR HACIYEV...- MSK daha 9 dairə üzrə şikayətləri DSK-lara göndərdi
17-02-2020 [18:37]
MSK-nın bugünkü iclasında daha 9 dairə ilə bağlı şikayətlərə baxılıb.
Mia.az xəbər verir ki, iclasda 9 saylı Binəqədi ikinci seçki dairəsi (lider namizəd deputat Kəmaləddin Qafarov), 10 saylı Binəqədi üçüncü seçki dairəsi (lider namizəd deputat Madər Musayev), 42 saylı Sumqayıt seçki dairəsi (deputat Tahir Mirkişili), 46 saylı Şirvan (YAP-ın namizədi Yusifov İltizam), 66 saylı Biləsuvar seçki dairəsi (bitərəf Bəhruz Məhərrəmov), 86 saylı İsmayıllı (deputat Novruz Aslanov), 88 saylı Göyçay seçki dairəsi (lider namizəd partiya sədri, deputat Hacıyev Sabir) ilə bağlı şikayətlərə baxılıb.
MSK-nın bu gün keçirilən iclasında isə ən maraqlı qərar deputat İmamverdi İsmayılovun yenidən qalib elan edilməsinə etiraz edən rəqibi Anar Əsədlinin şikayəti ilə bağlı olub.
Belə ki, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsində baş verən çoxsaylı pozuntularla bağlı şikayət edən deputatlığa namizəd Anar Əsədli yerli DSK-nın bu barədəki müraciətlərə məhəl qoymadığını bildirib.
Bu barədə iclasda açıqlama verən MSK üzvü Tofiq Qasımov deyib ki, şikayətlə bağlı Anar Əsədli ilə əlaqə saxlanılıb: "Onun daha geniş məntəqələri əhatə edən müraciətinə özünün də iştirakı ilə MSK-da baxılacaq".
Daha bir araşdırma isə 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədlər Səməd Rəhimli və digərlərinin müraciətləri üzrə aparılıb.
B dairədki şikayətlərlə bağlı məlumat verən MSK üzvü İlkin Şahbazovun sözlərinə görə, müraciət edən namizədlər pozuntularla bağlı ümumilikdə 36 məntəqə üzrə 35 protokol təqdim ediblər: "Müəyyən edilib ki, onun 8-i orijinal, qalanları isə kserosurətdir. Bəzi protokollardan müəyyən fərqlər yaradılıb".
Nəhayət, müzakirələrdən sonra bu dairə üzrə 7 məntəqədəki ( 1, 2, 3, 4, 18, 30 və 38 saylı) səsvermənin nəticələri etibarsız hesab edilib
Xatırladaq ki, 34 saylı Xətai ikinci seçki dairəsinin lider namizədi Rus icmasının sədri, deputat Mixail Zabelindir.
Yeri gəlmişkən, MSK sədri M.Pənahov iclasda deyib ki, hazırda sosial şəbəkədə yayılan 385 videogörüntü ilə bağlı 68 dairədə də araşdırma aparılır.
Onu da qeyd edək ki, MSK fevralın 15-də keçirilən iclasında aşağıdakı 20 dairə üzrə də qərarlarını açıqlayıb:
Qərara əsasən, 82 saylı Ağcabədi seçki dairəsi, 94 saylı Bərdə kənd seçki dairəsi, 56 saylı Xaçmaz kənd seçki dairəsi,106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi, 18 saylı Nərimanov-Nizami seçki dairəsi, 29 saylı Səbail seçki dairəsi, 72 saylı Yardımlı-Masallı seçki dairəsi, 8 saylı Binəqədi Birinci seçki dairəsi, 15 saylı Yasamal Birinci Seçki dairəsi, 34 saylı Xətai İkinci Seçki dairəsi, 13 saylı Xəzər-Pirallahı Seçki Dairəsi, 22 saylı Nəsimi İkinci Seçki dairəsi, 112 saylı Qax Seçki Dairəsi, 40 saylı Kəpəz İkinci (Gəncə) seçki dairəsi, 32 saylı Suraxanı Üçüncü Seçki dairəsi, 63 saylı Sabirabad Birinci Seçki Dairəsi, 16 saylı Yasamal İkinci Seçki dairəsi, 47 Saylı Mingəçevir Seçki dairəsi, 60 Saylı Salyan-Neftçala Seçki dairəsi, 107 saylı Qazax Seçki dairəsi üzrə müraciətlərin araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilib.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi