22 tanınmış Borçalı əsilli tanınmış alim ayağa qalxdı - etiraz

img

20-09-2013 [20:02]


"Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədli son zamanlar mütəmadi olaraq müxtəlif mətbuat orqanlarında cəmiyyətin nizamnaməsi ilə heç cürə uyuşmayan siyasi bəyanatlarla çıxış edir. Bu da Borçalı əsilli vətəndaşlarımız arasında ciddi narazılıqlara səbəb olur”.

Bu sözləri Borçalıdan olan ziyalılar Zəlimxan Məmmədlinin seçkilərdə Milli Şuranın vahid namizədi Cəmil Həsənlini dəstəkləyəcəyi barədə açıqlamasına cavab olaraq bildiriblər.

Bəyanatda bildirilir ki, Z.Məmmədli son mətbu bəyanatında özünü sığortalamağa cəhd etsə də, onun məhz "Borçalı” cəmiyyətinin sədri statusunda çıxış etməsi səsləndirdiyi mövqeyin siyasi olduğunu və cəmiyyətin siyasiləşdiyini sübut edir.

"Bu yolverilməz haldır. Cəmiyyətin təsisçisi və Ağsaqqallar Şurasının sədri Eyvaz Borçalı Zəlimxan Məmmədlinin son bəyanatına öz kəskin etirazını bildirib. Görkəmli ziyalımızın haqqa söykənən mövqeyi Gürcüstan əsilli insanlarımızın çox böyük əksəriyyətinin ürəyincə olub.

Biz aşağıda imza atan Borçalı əsilli ziyalılar inam və qətiyyətlə bəyan edirik ki, cəmiyyətdə təmsil olunan və olunmayan həmyerlilərimizin mövqeyi Zəlimxan Məmmədlinin sərgilədiyi mövqe ilə qətiyyən üst-üstə düşmür. Bu səbəbdən biz "Borçalı” cəmiyyətinin siyasiləşdirilməsinin qəti əleyhinə olduğumuzu bildirir, möhtərəm prezidentimiz cənab İlham Əliyevin ölkə daxilində apardığı böyük quruculuq işləri ilə yanaşı, Gürcüstanda yaşayan soydaşlarımıza ardıcıl qayğısı və diqqəti sayəsində orada aparılan möhtəşəm işlərə rəğmən qarşıdakı seçkilərdə onun namizədliyini dəstəklədiyimizi bəyan edirik.

Zəlimxan Məmmədliyə isə tövsiyəmiz budur ki, bir fərd olaraq öz siyasi mövqeyini ortaya qoyarkən "Borçalı” cəmiyyətinin sədri statusu ilə çətirlənməsin və cəmiyyətin nizamnamə müddəalarına sayğı ilə yanaşsın”.

Bəyanata aşağıdakı şəxslər imza atıblar:

1. Maqsud Əliyev - Az.MEA həqiqi üzvü

2. Çingiz Qacar - Az.MEA həqiqi üzvü

3. Ramiz Məmmədov - Az.MEA müxbir üzvü

4. Səlahəddin Xəlilov - Az.MEA müxbir üzvü

5. Zəlimxan Yaqub - Xalq şairi

6. Arif Əmrahoğlu - Tənqidçi-fıloloq, AYB-nin katibi

7. Hamlet İsaxanlı – Professor

8. Şəmistan Həsənli – Professor

9. Abdulla Mehrabov – Professor

10. Şəmistan Mikayılov – Professor

11. Hidayət Nuriyev – Professor

12. Tahir Pənahov – Professor

13. Akif Bayramov – Professor

14. Əlişir Musayev – Professor

15. Sahib Musayev – Professor

16. Mədət Çobanov – Professor

17. Kamil Qəhrəmanov – Professor

18. Niyazi Mursaqulov – Professor

19. Vaqif Nəbiyev - Tarix elmləri doktoru

20. Kərəm Məmmədli - Tarix üzrə fəlsəfə doktoru

21. Həsən Vəliyev - Fizika-Riyaziyyat elmləri namizədi

22. Qəzənfər Orucov - Fizika-Riyaziyyat elmləri namizədi 19. Vaqif Nəbiyev - Tarix elmləri doktoru.

 AzVision.az   


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA