Milli Şuranın üzvləri polisə çağırıldı

img

20-09-2013 [19:31]


Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) Mitinqin keçirilməsi üzrə Komitəsinin üzvləri Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.

APA-nın xəbərinə görə, bunu Mitinq Komitəsinin üzvü, Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib.

G. Asalanlı deyib ki, paytaxt Polis İdarəsinin yüksək rütbəli zabitləri ilə keçirilən görüşdə o özü və AXCP sədrinin müavini Asəf Quliyev iştirak edib. İdarədə Milli Şuranın sentyabrın 22-də keçirəcəyi mitinqdə sabitliyin qorunmasına diqqət yetirilməli olduğu Mitinq Komitəsi üzvlərinin nəzərinə çatdırılıb.

G. Aslanlı bildirib ki, görüşdə mitinq təşkilatçıları da öz təkliflərini veriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA