"Paşinyanın özünü gülünc formaya salmasını bir daha görmüş olduq" - Prezidentin köməkçisi
16-02-2020 [17:52]
"Bildiyiniz kimi, ötən gün Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri təşkil olundu. Əvvəllər Münhen Təhlükəsizlik Konfransının Təşkilat Komitəsi tərəfindən Azərbaycan dövlətinin rəhbərliyi ilə Ermənistan dövlətinin rəhbərliyi arasında Qarabağ münaqişəsinin müzakirəsi məsələsi irəli sürülsə də, Ermənistan tərəfi bu təklifdən yayınırdı. Bu dəfə isə razılıq verdilər.
Nəticə etibarilə, Prezident İlham Əliyev tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bütün aspektləri, yəni tarixi, siyasi, hüquqi və münaqişənin həlli prosesi prinsipial, qəti, əzmli və əsaslandırılmış bir formada Münhen Təhlükəsizlik Konfransı iştirakçılarının diqqətinə, həmçinin, beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Bunun fonunda dünya ictimaiyyəti bir daha Ermənistanın acizliyini və yalana əsaslanan tezislərinin darmadağın olduğunu, eləcə də ifşasını aydın şəkildə gördü".
Mia.az xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Hikmət Hacıyev Prezident İlham Əliyevin "mən buraya gəlmişəm həqiqəti söyləməyə" fikrinə toxunaraq qeyd edib ki, sözün əsl mənasında, münaqişənin həlli istiqamətində əsl həqiqətlər beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb:
"Bunun fonunda Ermənistan baş nazirinin özünü müdafiə edəcək formada çıxışlarını və bu çıxışlarla özünü gülünc formaya salmasını, özü-özünü ifşa etməsini bir daha görmüş olduq. Prezident İlham Əliyev tərəfindən Dağlıq Qarabağın tarixi ilə bağlı geniş bir arayış verildi. Bu proses çərçivəsində ermənilərin Dağlıq Qarabağda maddi-mədəni irsinin olmaması, Azərbaycan xalqına qarşı törədilmiş qanlı etnik təmizləmə, Xocalı soyqırımı və digər münaqişənin həlli prosesi ilə bağlı olan məqamlar açıq şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı.
Eyni zamanda, münaqişənin həlli ilə əlaqədar beynəlxalq auditoriya tərəfindən hər iki tərəfə suallar ünvanlandı. Dövlətimizin başçısı tərəfindən münaqişənin həlli ilə bağlı Azərbaycanın baxışı, münaqişənin məhz BMT TŞ qətnamələri əsasında mərhələli şəkildə həlli bir daha qeyd olundu.
Həmçinin, Ermənistan Baş naziri ənənələrinə sadiq qalaraq yalanlar söyləməyə və münaqişənin əsl mahiyyətini təhrif etməyə çalışarkən, dövlətimizin başçısı o məqamda qeyd etdi ki, Ermənistanın sülh tərəfdarı və sülh iddiasında olması absurddur.
Elə həmin gün Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində Azərbaycan əsgərinin öldürülməsi riyakarlığın, Ermənistanın yürütdüyü riyakar siyasətin növbəti bir nümunəsi idi. Həmçinin, burada Ermənistan baş naziri xalqların öz müqəddəratını təyinetmə prinsipini təhrif etməyə çalışırdı.
Dövlətimizin başçısı bu prinsipin əsl mahiyyətini izah edərək qeyd etdi ki, erməni xalqı artıq bu hüququndan istifadə edərək Ermənistan adlı dövlətini yaradıb. Azərbaycan dövləti öz ərazisində bu hüququn bir daha istifadə edilməsinə imkan verməyəcək, buna lüzum da yoxdur. Ermənistan harada istəyirsə, orada bu hüququndan istifadə edə bilər".
Hikmət Hacıyev vurğulayıb ki, Münhen Təhlükəsizlik Konfransı beynəlxalq gündəlikdə duran qlobal təhlükəsizlik məsələlərinin müzakirə olunduğu vacib platformadır. Məhz dövlətimizin başçısı tərəfindən bu tezislər yəni münaqişənin həllini təşkil edən tutarlı arqumentlər, təhlillər Münhen Təhlükəsizlik Konfransı kimi mühüm platformada beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı.
Bunun fonunda isə biz bir daha Ermənistanın yalanlarının ifşasını görmüş olduq. Bu hər bir Azərbaycan vətəndaşının qürur duyacağı bir məqam idi. Prezidentimiz tərəfindən mühüm platformada Azərbaycan dövlətinin maraqları ləyaqətlə qorunur".
Hikmət Hacıyev əlavə edib ki, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevin keçirdiyi hər bir görüş məzmunlu idi:
"Burada mən xüsusi ilə Dünya Bankının İcraçı direktoru ilə olan görüşü qeyd etmək istərdim. Dünya Bankı tərəfindən ölkəmizdə keçirilən iqtisadi islahatlar iqtisadiyyatın şaxələndirilməsi, Azərbaycanda yoxsulluğun aradan qaldırılması istiqamətində ölkəmizin nailiyyətləri yüksək səviyyədə təqdir edildi.
Digər dünya ölkələri üçün bir fakt kimi qeyd olundu. Həmçinin, Beynəlxalq Böhran Qrupunun rəhbərliyi ilə olan görüşü də qeyd etməliyik. Bu görüşdə Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində apardığı qeyri-qanuni fəaliyyətlər də geniş şəkildə müzakirə olundu".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi