20-09-2013 [17:59]
"Konstitusiya” Araşdırmalar Fondu, "Hüquq və İnkişaf” İB, "Prioritet” Sosial İqtisadi Araşdırmalar İB, "Demokratiyanı Öyrənmə” İB, "Azərbaycanda yoxsulluğun azaldılmasına kömək” İB-ni birləşdirən "Açıq hökumətin təşviqi” Koalisiyası Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən "Açıq hökumətin təşviqi ilə bağlı maarifləndirmə, məlumatlandırma tədbirlərinin həyata keçirilməsi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarında "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı çərçivəsində həyata keçirilən tədbirlər: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmə keçirib.
İctimai dinləmələrdə Astara rayon icra hakimiyyəti başçısının müavini Xanverdi Şirinov, Lənkəran rayon icra hakimiyyətinin məsul əməkdaşları iştirak ediblər. Tədbirlərdə həmçinin,
ictimai fəallar, yerli QHT və KİV nümayəndələri, bələdiyyə üzvləri iştirak ediblər. İctimai dinləmələrdə 300 nəfərdən çox iştirakçı qatılıb.
Tədbirlərdə "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, layihə rəhbəri Əliməmməd Nuriyev mövzu ilə əlaqədar məruzə ilə çıxış edib. Ə.Nuriyev qeyd edib ki, Azərbaycan 2011-ci ildə Beynəlxalq Açıq Hökumət Təşəbbüsünə qoşulması əhaliyə elektron xidmətlərin təşkili, ictimai iştirakçılığın genişləndirilməsi, büdcə vəsaitlərinin istifadəyə ictimai nəzarətin təşkil olunmasına, vətəndaşların informasiya almaq sahəsində innovativ addımalara yol açıb.
Ə.Nuriyev qeyd edib ki, bu addımların atılması Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib. Milli Fəaliyyət Planında 9 istiqamət və 36 bənd üzrə tədbirlərin görülməsi nəzərdə tutulur.
Bu planın icrası artıq öz müsbət nəticələrini verməkdədir. Gündən-günə əhaliyə elektron xidmətlərin göstərilməsi genişlənir. "ASAN Xidmət” Mərkəzlərinin fəaliyyətə başlaması vətəndaşlar gündəlik həyatda qarşılaşdıqları bir çox bürokratik əngəlləri və narahatçılıqları aradan götürməyə imkan yaradıb.
"ASAN Xidmət” Mərkəzləri dövlət orqanları tərəfindən əhaliyə xidmətlər göstərilməsi sahəsində qabaqcıl təcrübə olaraq artıq bütün ölkə vətəndaşları tərəfindən maraqla qarşılanır, təqdir olunur.
Eyni zamanda Ə.Nuriyev "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin vətəndaşların informasiyaya çıxış imkanlarının hüdudlarını genişləndirdiyinə xüsusilə diqqət çəkib: "Artıq informasiya-kommunikasiya texnologiyaları vətəndaşlara dövlət məmurları ilə bilavasitə təmasa girmədən xidmətlər almaq, şikayət və təkliflərini bildirməyə, məlumat almağa imkan verir. Yaxın gələcəkdə bu istiqamətdə işlər daha geniş vüsət alacaq”.
Ə.Nuriyev qeyd edib ki, "Açıq Hökumət” prinsiplərinin Azərbaycanda reallaşdırlmasının əsas təşəbbüskarı kimi məhz prezident İlham Əliyev çıxış edir. O, dövlət başçısının çıxışlarını, müraciətlərini xatırladaraq vətəndaşların özlərini də bu istiqamətdə fəal olmağa, aparılan islahatlara dəstək verməyə çağırıb.
Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb. İştirakçıların sualları cavablandırılıb.

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi